veten informasiya agentliyi

Azərbaycan Tibb Universitetində kamandan oxatma idman növünün inkişafı və perspektivləri müzakirə olunub

Tarix:14-05-2026, 14:17
Baxış Sayı:55

Azərbaycan Tibb Universitetində kamandan oxatma idman növünün inkişafı və perspektivləri müzakirə olunub
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov arasında görüş keçirilib.
​Görüşdə rektor Gəray Gəraybəyli müasir cəmiyyətin ən aktual məsələlərindən biri hesab edilən sağlam həyat tərzinin gənclər arasında təbliği və təşviqinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Rektor qeyd edib ki, tələbələrin hərtərəfli inkişafında əhəmiyyətli yer tutan düzgün həyat rejiminin formalaşdırılması onların həm akademik fəaliyyətinə, həm də fiziki və psixoloji inkişafına mühüm təsir göstərərək, istər təhsil həyatı, istərsə də gələcək peşə fəaliyyətində daha uğurlu olmalarına şərait yaradır. Bu baxımdan, Azərbaycan Kamandan Oxatma Federasiyası ilə əməkdaşlığı da yüksək dəyərləndirən rektor kamandan oxatma üzrə birgə layihələrin icrasına görə federasiya rəhbərliyinə təşəkkürünü ifadə edib, həmçinin tələbələr arasında bu idman növünə olan yüksək marağın gözləntiləri üstələdiyini vurğulayıb.
Rektor inklüzivliyin təmin edilməsi və fiziki məhdudiyyətli şəxslərin idmana cəlb olunması üçün müvafiq şəraitin yaradılmasına ATU-nun hər zaman dəstək verməyə hazır olduğunu da diqqətə çatdırıb.
Görüşdə tərəflər arasında əvvəllər imzalanmış memorandum və müqavilə çərçivəsində uğurla icra olunan layihələr bir daha nəzərdən keçirilib, həmçinin qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
​ Müzakirələrin sonunda tərəflər tələbə idmanının inkişafı və kütləviliyin artırılması istiqamətində birgə addımların davam etdiriləcəyini vurğulayıblar.
Azərbaycan Tibb Universitetində kamandan oxatma idman növünün inkişafı və perspektivləri müzakirə olunub

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş