veten informasiya agentliyi

Satıcılar malın zəmanət müddəti ilə bağlı istehlakçıları belə aldadır

Tarix:11-05-2026, 14:31
Baxış Sayı:45

Satıcılar malın zəmanət müddəti ilə bağlı istehlakçıları belə aldadır


Bəzi satıcılar malın zəmanət müddəti ilə bağlı istehlakçıları aldadır.
Bunu vəkil Turan Abdullazadə deyib.
Vəkil bildirib ki, malda qüsur olduqda və o satıcı tərəfindən təmirə göndərildikdə, məsələn, mal təmirdə 2 ay qalıbsa, həmin 2 aylıq müddəti də zəmanət müddətinə daxil edirlər:
“Bu tamamilə qanunsuzdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 6.4-cü bəndinə əsasən zəmanətli təmir aparılarkən malın zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Bu o deməkdir ki, əgər mal 2 ay təmirdə qalıbsa, zəmanət müddəti 1 il deyil, 1 il 2 ay olacaq”.
T.Abdullazadənin sözlərinə görə, mal dəyişdirildikdə isə, malın zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanmalıdır.
“Mal 10 ay sonra xarab olursa, satıcı 2 ay onu təmir edir və istehlakçıya qaytarır. İstehlakçı onu istifadə edərkən yenidən qüsur üzə çıxırsa, bu zaman satıcı bildirir ki, 1 illik zəmanət müddəti vermişdi, 2 ay da təmirdə oldu və zəmanət müddəti bitib. Bu, qanunsuzdur. Təmirdə olduğu müddət zəmanət müddətinə daxil edilmir. Təmirdə olduğu müddət ərzində zəmanət müddətinin axımı dayanır. Buna görə də sizin mal təmirdə olduğu müddət qədər zəmanətli təmir hüququnuz var”, – deyə vəkil qeyd edib. (e-huquq.az)

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş