veten informasiya agentliyi

Azərbaycan nefti ucuzlaşdı

Tarix:Bu gün, 10:18
Baxış Sayı:6

Azərbaycan nefti ucuzlaşdı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,44ABŞ dolları və ya 3,16 % azalaraq 105,55ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 100,59 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,42 ABŞ dolları və ya 3,23 % azalaraq 102,46 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

ATU-da Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirilib
ATU-da Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirilib
Miqren dərmanları təhlükəli göz xəstəliyinin qarşını alırmış...
Miqren dərmanları təhlükəli göz xəstəliyinin qarşını alırmış...
Bu gün yağış yağacaq - PROQNOZ
Bu gün yağış yağacaq - PROQNOZ
Əməliyyat olunan Xalq artistinin son durumu açıqlandı
Əməliyyat olunan Xalq artistinin son durumu açıqlandı
Moskva Kiyevin mərkəzini vuracaq: Xarici diplomatlar burada gizlənəcəklər
Moskva Kiyevin mərkəzini vuracaq: Xarici diplomatlar burada gizlənəcəklər
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı
Sabiq icra başçısının ailəsi ilə əlaqəli şirkət 30 milyonluq kapitalı geri çəkdi
Sabiq icra başçısının ailəsi ilə əlaqəli şirkət 30 milyonluq kapitalı geri çəkdi
Avro ucuzlaşdı, rubl bahalaşdı
Avro ucuzlaşdı, rubl bahalaşdı