veten informasiya agentliyi

30 ilə yaxın bir dostluğun yolu...

Tarix:5-05-2026, 10:30
Baxış Sayı:48

30 ilə yaxın bir dostluğun yolu...

Əziz qardaşım Xeyrulla! Zaman hər şeyi dəyişən, hər şeyi öz axarına salan böyük bir qüvvədir. O insanları, yolları, hadisələri bir-birindən uzaqlaşdıra, ya da yaxınlaşdıra bilər. Lakin elə münasibətlər var ki, zamanın hökmündən kənarda qalır. O münasibətlər illərin içindən keçdikcə nə köhnəlir, nə də zəifləyir. Əksinə, daha da möhkəmlənir və mənalanır. Bizim qardaşlığımız da, məhz belə mənəvi bir dəyərdir. Otuz ilə yaxın bir ömür yolu... Bu sadəcə zamanın hesabı deyil, eyni düşüncələrin, ortaq dəyərlərin və bir-birinə dərin inamın formalaşdırdığı bir həyat salnaməsidir. Bu illər ərzində biz bəzən sözlərlə, bəzən sükutla, amma hər zaman bir-birini anlayan iki insan kimi yanaşı addımlamışıq.

30 ilə yaxın bir dostluğun yolu...

Əziz qardaşım, sən mənim həyatımda sıradan dostluq çərçivəsinə sığmayan bir insansan. Sən mənim düşüncələrimin içərisində yer alan, yazdıqlarımın ruhuna toxunan bir dost, bir qardaşsan. Yazdığım kitabların bir-neçəsində sənin redaktor kimi iştirakın yalnız peşəkar bir əmək deyil, bu, iki düşüncənin eyni məcrada birləşməsi, eyni ideyanın müxtəlif ifadələrdə tamamlanmasıdır. Uzun illər birgə təşkilatçılıq fəaliyyətimiz isə sadəcə bir əməkdaşlıq deyil, zamanın imtahanından keçmiş etibarın, ortaq məqsədlərin və sarsılmaz iradənin təcəssümüdür. Biz bu illərdə təkcə iş görmədik, biz birlikdə yol mədəniyyəti formalaşdırdıq, Vətən tarixində silinməz izlər buraxdıq, örnək olduq. Həyat insana bir-çox yollar göstərir, lakin az insana belə uzun, belə dərin və belə mənalı dostluq nəsib edir. Əziz qardaşım, sən mənim üçün bu nadir nəsibin adısan. Bu gün sənin həyatında yeni bir mərhələ başlayır.

30 ilə yaxın bir dostluğun yolu...

Arzum budur ki, bu mərhələ sənə sağlamlıq, daxili rahatlıq və mənəvi kamillik gətirsin. Qoy yolun aydın, qəlbin işıqlı, taleyin səxavətli olsun. Həyat sənə layiq olduğun bütün gözəllikləri bəxş etsin. Və hər yeni günün əvvəlkindən daha mənalı keçsin. Zaman nə qədər dəyişsə də, bizə bəxş olunan qardaşlığın mahiyyəti dəyişməyəcək. Çünki bəzi bağlar zamanla qırılmır, əksinə, zamanın içində daha da möhkəmlənir, daha da ucalır. Hər zaman uca olasan! Yaxşı ki, varsan, qardaşım! Ad günün mübarək olsun!

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı