veten informasiya agentliyi

Çörəyin qiyməti ilə bağlı qərar VERİLDİ

Tarix:30-04-2026, 11:07
Baxış Sayı:40

Çörəyin qiyməti ilə bağlı qərar VERİLDİ

Son dövrlərdə ərzaq məhsullarının bahalaşmasının maaş artımı ilə eyni tempdə olmaması müəyyən çətinliklər yaradır. Çörək, un kimi zəruri məhsullar bahalaşmasa da, digər ərzaqların qiymətində artım müşahidə edilir.
Qiymət artımının əsas səbəbləri nələrdir? Hansı məhsulların ucuzlaşması mümkündür?
İqtisadçı Günay Hüseynova əməkhaqqının artmadığı şəraitdə ərzaq məhsulları və digər zəruri tələbat mallarının qiymətləri sabit qalmalı olduğunu bildirib.
"Minimum əməkhaqqı artmasa, əksər özəl sektorda da əməkhaqqı artmaz. Minimum əməkhaqqı 5-10% artırıldıqda piştaxtalarda qiymət etiketlərinin dəyişdirilməsi yarışı başlayır. Digər məsələ isə bayramqabağı qiymət artımlarıdır. Sərhədyanı bölgələrdə müharibənin getməsi də idxalın baha başa gəlməsi bəhanəsi ilə qiymətlərin artırılmasına səbəb kimi göstərilir".
İqtisadçı qeyd edib ki, dövlət çörəyin ucuz olması üçün tədbirlər görür:
"İdxal etdiyimiz ölkələrdə buğdanın qiyməti artıb, bu da daxili bazara təsir göstərə bilər. Lakin çörəyin qiymətinin artmasının qarşısını almaq üçün dövlət müdaxilə edir, uzunmüddətli müqavilələr imzalanır, subsidiyalar ayrılır və ehtiyat taxıl anbarlarından istifadə edilə bilər".
G.Hüseynova vurğulayıb ki, qiymət artımı əsasən sahibkarlar tərəfindən idxalla əlaqələndirilir:
"Lakin idxalla əlaqəsi olmayan yerli məhsullarda da qiymət artımı müşahidə olunur. Bu isə ümumi bahalaşma ilə izah edilir. Artıq yay mövsümünə az vaxt qalıb. Məhsullar yığılıb birbaşa Rusiya, Türkiyə kimi xarici bazarlara göndəriləcək. Nəticədə daxili bazarda yenidən qıtlıq və qiymət artımı yarana bilər. Əgər həmin ölkələrdə məhsul uyğunsuzluğu olarsa, yük maşınları geri qayıtdıqda vətəndaş müvəqqəti ucuzluğun şahidi olur. Çünki kənd təsərrüfatı məhsulları tez xarab olur".
İqtisadçının fikrincə, dövlət dəstəyi və subsidiyalar verilərkən müəyyən məhdudiyyətlər və şərtlər tətbiq olunmalıdır:
"Dövlət dəstək göstərməlidir ki, istehsalçı xarici valyuta ilə qazanc əldə edib məhsulu baha satsın, daxili bazarda isə vətəndaş çətinlik çəkməsin, məhsula möhtac qalmasın və ya idxal olunmuş, genetik modifikasiya edilmiş məhsullara yönəlmək məcburiyyətində qalmasın. Əslində, bəzi vətəndaşlar ekspertləri dinləyərək bu məsələdə daha həssas davranır, şəhərətrafı ərazilərdə torpaq alaraq öz tələbatlarını ödəmək üçün əkinlə məşğul olur və ya torpağı illik icarəyə verərək həm gəlir, həm də məhsul əldə edirlər".

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı