veten informasiya agentliyi

UNEC alimləri Macarıstanda beynəlxalq konfransda çıxış ediblər

Tarix:29-04-2026, 14:30
Baxış Sayı:109

UNEC alimləri Macarıstanda beynəlxalq konfransda çıxış ediblər
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Məktəbinin (UNEC MM) əməkdaşı, i.ü.f.d., dosent Kəmalə Nəcəfova və "Humanitar Fənlər” kafedrasının dosenti tar.ü.f.d. Cəmilə Həsənova Macarıstanda keçirilən beynəlxalq elmi konfransda çıxış ediblər.
….. xəbər verir ki, UNEC dosentləri Kəmalə Nəcəfova və Cəmilə Həsənova Macarıstanın nüfuzlu Obuda Universitetində (Óbuda University) keçirilən beynəlxalq elmi konfransda ölkəmizi uğurla təmsil ediblər.
Alimlər konfrans çərçivəsində "Təhsil Sistemində İnnovativ Metodların Tətbiqi – Azərbaycan Nümunəsində" (APPLICATION OF INNOVATIVE METHODS IN THE EDUCATION SYSTEM – ON THE EXAMPLE OF AZERBAIJAN) mövzusunda geniş məruzə ilə çıxış edərək, tədqiqat işlərini təqdim ediblər. Məqalədə 21-ci əsrin qlobal sosial-iqtisadi çağırışları fonunda Azərbaycanın təhsil sistemində həyata keçirilən köklü islahatlar və innovativ yanaşmaların strateji əhəmiyyəti elmi prizmadan təhlil olunur. Tədqiqatda "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi əsas götürülərək, rəqəmsal kompetensiyaların inkişafı və təhsilin texnoloji transformasiyası əsas hədəf kimi göstərilib. Həmçinin, müəlliflər Finlandiya, Estoniya və Cənubi Koreya kimi ölkələrin təhsil modellərini milli sistemə adaptasiya etməyin yollarını vurğulayıblar.
Məqalədə xüsusi diqqət çəkən məqamlardan biri müasir metodların effektivliyinin statistik göstəricilərlə əsaslandırılmasıdır. Tədqiqata əsasən, STEAM təhsili, gamifikasiya, "Flipped Classroom" və Montessori metodlarının tətbiqi nəticəsində əldə olunan uğurlar göz qabağındadır. UNEC dosentləri K. Nəcəfova və C. Həsənova qeyd ediblər ki, 2022-ci il üzrə Azərbaycanda STEAM mərkəzləri artıq 120 mindən çox şagirdi əhatə edir. Lakin bu müsbət dinamika ilə yanaşı, infrastrukturun genişləndirilməsi və müəllimlərin iş yükünün optimallaşdırılması kimi çağırışların həlli də diqqət mərkəzində saxlanılmalıdır.
Sonda yekun olaraq vurğulanıb ki, innovativ metodlar təkcə fərdi intellektual inkişafa deyil, həm də cəmiyyətdə sosial inklüzivliyin təmin olunmasına və rəqabətədavamlı insan kapitalının formalaşmasına xidmət edir.
Qeyd edək ki, beynəlxalq onfransda 20-dən çox xarici universitetin nümayəndələri, professor və tədqiqatçıları iştirak etmiş, müxtəlif ölkələrdən gələn tədqiqatçılar arasında geniş elmi müzakirələr aparılmışdır. UNEC dosentlərinin təqdimatı iştirakçıların geniş marağına səbəb olmuş, mövzu ətrafında verilən suallar cavablandırılmış və müzakirələrdə fəal fikir mübadiləsi aparılmışdır.
UNEC alimləri Macarıstanda beynəlxalq konfransda çıxış ediblər
UNEC alimləri Macarıstanda beynəlxalq konfransda çıxış ediblər

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı