veten informasiya agentliyi

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib

Tarix:28-04-2026, 17:14
Baxış Sayı:48

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri arasında “Zəkaların mübarizəsi” olimpiadasının şahmat turniri üzrə regional mərhələ uğurla təşkil edilib.
Olimpiada Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərdə fənlərə marağın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması və onların intellektual inkişafına dəstək verməkdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən idarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov iştirakçıları salamlayaraq “Zəkaların mübarizəsi” olimpiadasının şagirdlərin intellektual inkişafında və məntiqi təfəkkürünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, çıxışında iştirakçılara uğurlar arzulayıb və bu cür təşəbbüslərin gələcəkdə daha böyük nailiyyətlərə zəmin yaradacağını bildirib.
♟️ Turnirdə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarını təmsil edən komandalar iştirak ediblər. Yarışlar beynəlxalq FIDE qaydalarına uyğun və ədalətli şəkildə keçirilib.
???? Nəticələr:
???? Ağsu – I yer
???? Şamaxı – II yer
???? İsmayıllı – III yer
4️⃣ Qobustan – IV yer
Gərgin mübarizə şəraitində keçən mübarizədə Ağsu rayon təhsil sektoru üzrə şahmat komandası qalib gəlmişdir. Ağsu komandası Bakı şəhərində keçiriləcək respublika mərhələsində regionumuzu təmsil edəcəkdir.
Sonda bütün iştirakçılar diplomlarla təltif olunub.
Bütün şagirdlərimizi təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #ZəkalarınMübarizəsi #ŞahmatTurniri

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş