veten informasiya agentliyi

“Zəkaların mübarizəsi 2” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib

Tarix:28-04-2026, 17:11
Baxış Sayı:38

Heydər Əliyev Fondu və Elm və Təhsil nazirliyinin birgə əməkdaşlığı ilə təşkil edilən olimpiadanın bilik yarışında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərini icra edən Şəhriyar Soltan, rayon təhsil sektorlarının müdirləri və RTİ əməkdaşları iştirak etmişdir.
Bilik yarışında Şamaxı şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs kompozisiyaları ilə çıxış ediblər.
Bilik yarışında hər bir yerli təhsil sektorundan 6 nəfərdən ibarət IX-XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə səsləndirilən sualları cavablandırıblar.
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.
Sonda yarışın yekun nəticəsinə əsasən İsmayıllı rayonu üzrə təhsil sektorunun şagirdlərindən ibarət “İsmayıllı” komandası region mərhələsinin qalibi olub. Qalib komanda diplom və kubokla, digər komandalar isə diplomla təltif edilmişdir. Qalib komanda “Zəkaların mübarizəsi” olimpiadasının respublika mərhələsində Dağlıq Şirvan Regional Təhsil İdarəsini təmsil edəcək.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #ZəkalarınMübarizəsi #Olimpiada

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı