veten informasiya agentliyi

PIRLS 2026 tədqiqatının əsas mərhələsi keçirilib

Tarix:28-04-2026, 16:02
Baxış Sayı:83

PIRLS 2026 tədqiqatının əsas mərhələsi keçirilib
PIRLS 2026 tədqiqatının əsas mərhələsi keçirilib
PIRLS 2026 tədqiqatının əsas mərhələsi keçirilib
PIRLS 2026 tədqiqatının əsas mərhələsi keçirilib
PIRLS 2026 tədqiqatının əsas mərhələsi keçirilib
PIRLS 2026 tədqiqatının əsas mərhələsi keçirilib

22–23 aprel tarixlərində IV sinif şagirdlərinin oxu savadlılığının səviyyəsini qiymətləndirən beynəlxalq PIRLS 2026 tədqiqatının (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) əsas mərhələsi uğurla keçirilib.
PIRLS 2026 tədqiqatının əsas mərhələsində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 14 ümumtəhsil məktəbi üzrə ümumilikdə 328 şagird iştirak edib.
Qeyd edək ki, PIRLS qiymətləndirməsi hər beş ildən bir keçirilir və 2016-cı ildən etibarən şagirdlərin yalnız ənənəvi materiallar üzrə deyil, eyni zamanda onlayn mühitdə (ePIRLS) təqdim olunan mətnlər üzrə oxu savadlılığı da ölçülür. Azərbaycan bu qiymətləndirmə dövründə ilk dəfə ePIRLS komponentində iştirak edir. ePIRLS şagirdlərin onlayn mühitdə məlumatı tapmaq, onu digər məlumatlarla əlaqələndirmək və təhlil etmək bacarıqlarını qiymətləndirir.
Təhsil sahəsində qlobal miqyasda mühüm göstəricilərdən biri hesab edilən bu tədqiqat Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilir.
Ölkəmizdə tədqiqatın təşkili Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təmin olunur.
#EduAz #MərkəziAranRTİ #MÜTDA #PIRLS2026

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş