veten informasiya agentliyi

“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib

Tarix:28-04-2026, 15:45
Baxış Sayı:40

Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunan “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi uğurla baş tutub.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, idarə əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə təşkil olunan yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış mərasimində çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov olimpiadanın şagirdlərin intellektual inkişafında mühüm rol oynadığını, onların bilik və bacarıqlarının üzə çıxarılması baxımından belə yarışların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov isə çıxışında bu cür tədbirlərin gənclər arasında sağlam rəqabətin formalaşmasına, dostluq münasibətlərinin möhkəmlənməsinə və onların hərtərəfli inkişafına töhfə verdiyini qeyd edib.
Tədbirin davamında Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri müxtəlif rəqs nümunələri və kompozisiyalarla çıxış ediblər.
Region mərhələsində hər bir yerli təhsil sektorunu təmsil edən IX–XI sinif şagirdlərindən ibarət komandalar iştirak edib. Yarış zamanı iştirakçılar riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, eləcə də mədəniyyət və incəsənət sahələri üzrə biliklərini nümayiş etdiriblər.
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadasının əsas məqsədi şagirdlərdə fənlərə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin təşviqi və regionlararası dostluq əlaqələrinin gücləndirilməsidir.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən Gəncə şəhəri üzrə təhsil sektorunun komandası qalib adını qazanıb. Qalib komanda növbəti mərhələdə – respublika turunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsini təmsil edəcək.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı