veten informasiya agentliyi

Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur

Tarix:25-04-2026, 10:57
Baxış Sayı:74

Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur

Mədəniyyət Nazirliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi, həmçinin Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və İsmayılov Qalereyasının birgə təşkilatçılığı ilə ölkəmiz aprelin 24-26-da Köln şəhərində keçirilən nüfuzlu “Discovery Art Fair” sərgisində uğurla təmsil olunur.
15 mindən çox ziyarətçinin qatıldığı, 16 ölkədən 117 qalereya və yaradıcı şəxsin iştirak etdiyi sərgidə Azərbaycan stendi xüsusilə diqqət cəlb edir. Milli stenddə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sabir Çopuroğlu, Anar Hüseynzadə, Orxan Qarayev, Fərid İsmayılov, Cəmalə Rəhmanlı, Taleh Mirkazım, eləcə də heykəltəraşlar Kənan Əliyev, Əhəd Məmmədov, Kamran Əsədov, Namiq Hüseynov və Ülviyyə Məmmədlinin ümumilikdə 50-ə yaxın əsəri nümayiş olunur.
Sərgiyə gələn ziyarətçilərin marağı və müsbət rəyləri bir daha göstərir ki, Azərbaycan müasir incəsənəti beynəlxalq arenada getdikcə daha çox diqqət çəkir və təqdim olunan əsərlər yüksək qiymətləndirilir.
Almaniyanın nüfuzlu “Discovery Art Fair” sərgisində iştirak ölkəmizin müasir incəsənətinin beynəlxalq səviyyədə tanıdılması, rəssam və heykəltəraşlarımızın əsərlərinin dünyada təbliği, yaradıcı sənayenin inkişafı və mədəni diplomatiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş