veten informasiya agentliyi

Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…

Tarix:Bu gün, 10:49
Baxış Sayı:17

Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…

Vəkilin vəsadətlərinə yumulan göz, cinəyətin necə və nə üçün törədildiyini görəcəkmi?
İkinci yazı
(Əvvəli burda https://www.mustaqil.az/d%c9%99hs%c9%99tli-q%c9%99tl-hadis%c9%99sinin-gorunm%c9%99y%c9%99n-t%c9%99r%c9%99fl%c9%99ri/

Arxada qalan 2025-ci ilin amansız qətl hadisələrindən biri haqda, dəfələrlə araşdırma aparmışıq, istintaqın gedişindən və məhkəmə işinin israsından ağır cinayətin təfərrüatları haqda oxucularımıza ətraflı məlumatlar vermişik.
Belə ki, 2025-ci il avqustun 23-də məşhur biznesmen, “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”-ın sahibi və kifayət qədər maddi imkana və geniş münasibətlərə malik olan Emil Ağacanovun Yasamal rayon ərazisində yerləşən mənzilində işçisi və yaxın dostu olan Muradova İradə Oleq qızını xüsusi amansızlıqla qətlə yetirməsi ilə bağlı aparılan ilkin istintaq və məhkəmənin gedişindən jurnalist araşdırması aparır, məhkəmə iclaslarında iştirak edir, müşahidələr edir, mütəmadi reportajlar dərc edirik.

Zərərçəkmiş tərəfin iddiasına və məhkəməyə təqdim olunan əsaslı sübut və mülahizələr, verilən vəsadətlərin əksəriyyətinin birmənalı olaraq rədd edilməsi, bəzi hallqrda isə qismən təmin edilməsinin cinayət işinin səthi, yaxud qeyri-obyektiv aparılmasına şübhələrin yarandığı bir çoxlarında şübhə yaradır. Bütün bu hallar Müstəqil az olaraq bizim də diqqətimizdın yayınmır.
Qətl törədən şəxsin özünün və doğmalarının da məhkəmə iclaslarındakı arxayınlığı məhkəmənin gedişinin bəzi işıqı tərəflərinin də üzərinə kögə salır, desək yanlış olmaz. Amma ötənlərdə dediyimiz kimi, hələ məhkəmə iclasları fasilələrlə olsa da davam etməkdədir. Hakim Səbinə xanım Məmmədzadə görəvinə düşən işi icra edir. Suallar verir, şahidləri dindirir, qətli törədən adamın dəmir barmaqlıqlar arxasından gözü yaşlı qoyduğu ailənin nümayəndələrinə söz atmasına, qıcıq verməsinə ehmal ifadələrlə reaksiya verir. Sözssüz ki, qətli törədən bu adamın bu əməlləri özünü guya ki daha çox anlaqsız olmasını sübutlamaq istəyindən irəli gələ bilər.


Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Hakim Səbinə Məmmədzadə
Lakin belə məsələlərdə kifayət qədər təcrübəsi olan (Qatillərin anlaqsız elan edilməsi və sair. Məsələn, “müdhiş Əhməd cinayəti” və digər bu tipli məhkəmə işləri) xanım hakimin apardığı bu məhkəmə işinin sonu hər kəsi maraqlandırmadadır. Markesin “Gözlənilməz qətlin tarixçəsi” adlı məşhur detektiv əsərində olduğu kimi müxtəlif versiyalar, gözləntilər yaşanmaqdadır.
Xüsusi amansızlıqla tərədilən qətl hadisəsinin ilkin araşdırmasında və istintaqda verilən ifadələr, təqsirləndirilən şəxsin özünün də etiraflarında olduğu kimi, qətlin heç də anlaqsız bir adam tərəfindən törədildiyi anlamına gəlmək olmur. Baxmayaraq ki, narkotik maddələrin təsiri altında olan bir şəxsin hardasa özünü idarəetmədən çıxmasına qərar vermək olar. Lakin bu məqamda da böyük bir fəsadlara səbəb olacaq hadisələrin baş verməsi və təkrarlanması ilə digər bir dəhşətli cinayət hadisəsinin üstündən sükutla keçilir.
Məsələn, psixi pozuntusu olaraq heç bir yerdə qeydiyyatda olmayan bir şəxsin daima narkotik maddələrdən istifadəsi etməsi, həmin maddəni əldə etməsi, saxlaması və sairlə günümüzün ən dəhşətli və acınacaqlı cinayətlərinə rəvac verməsi və narkoloji disponserdə qeydiyyatda olaraq mütəmadi həkim müdaxilələrinə ehtiyacı duyulan bir adamın, qeyd etdiyimiz kimi, bu əməllərinin üstündən sükutla keçirilir.


Vəkil Rəşad Cəbrayılov

Konkretz, elə bunlara görə də zərərçəkmiş tərəf az qala hüquqi baxımdan məsələyə qitmət verməli olan adamları ittiham edir, onların işlərinə şübhə ilə yanaşır.
Kömək etmək, müdhiş cinayət işinin obyektiv aparılması üçün etdiyi müraciətlərin ünvanlandıqları qapıların arxasında isə hələlik susqunluqdur. Ümüd ancaq hakim Səbinə xanımın peşəkarlığına və nə dərəcədə obyektiv olacağına qalir. Zərəçəkmiş tərəf hakimin xanım olmasına da ümüdlə baxırdı; qadınlar daha ədalətli olar, axı zərif təbəqə olan xanıma edilən qətl və zorakılıq, şiddət onun diqqətini daha çox çəkə bilər.


Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla qətlə yetirilən İradə Muradova

Mülahizələrdən gerçəkliyə qayıdaq. Amansız qətl törədilib, ilkin ifadələrində qətli törədən şəxs bu cinayəti etiraf edib, istintaqı aparan Yasamal rayon prakurorluğunun müstəntiqi və Bakı şəhər prokurorluğun səlaiyyətliləri də qətlin törədilməsinin tam obyektiv aparılmasına söz veriblər. Lakin bir müddətdən sonra qətli törədən şəxs bunu o yox, işlətdiyi “Ayfon” markalı telefonun içində gizlənən cin-şəyitinin etdiyini deyərək, guya ki anlaqsız olduğunu sübutlamaq cəhdi və bu cəhdə stimul verən hərəkətlər etməsi adam da ikrah hissi oyadır. Ən bpyük ikrah isə qətli törədən adama anlaqsız olması diaqnozunu qoyan ekspertiza rəyinədir.


Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
“Anlaqsız” Emil Ağacanov

Gəlin inanaq ki, jurnalist olaraq bizi, zərərçəkmiş tərəfi və onların hüquqlarını qoruyan vəkilin diqqətindən yayınmayan bəzi məqamlar hakim xanımın da diqqətində qalacaq. Məsələn, Vəkil Rəşad Cəbrayılovun, siz istifadə etdiyiniz narkotik maddəni kimdən alırdınız, əlaqəni kim və necə yaradırdız, sualına qətli törədən şəxs tam anlaqlı şəkildə, adını bilmədiyim şəxsdən almasını, deməklə həm bir cinayət hadisəsinin, cinayətkarın ifşa olunmasına mane olur, kimisə qoruyur, həm də bu tip cavabları ilə özünün tam anlaqlı olduğunu ələ verir. Bu cür misalları çox göstərmək olar, tələsməyək, növbəti yazılarda bəhs edəcəyik.

Zərəçəkmişlərin hüquqlarını qoruyan vəkilin də fikri ilə tanış olaq. Onun verdiyi vəsadətdə deyilir:
Hadisə baş verən zaman qətli törədən şəxs konkret şəxsə yönəlmiş hərəkətlər edib. Hər kəsə də aydındır ki, onun etdiyi bu hərəkətlər təsadüfi deyil, məqsədli şəkildə davranışlar olub. Həm də faktiki olaraq onun hərəkətlərində ardıcıllıq və seçicilik var. Məlumdur ki, psixotik və ya anlaqsız olan şəxs seçici və törətdiyi əməldə və özünü ifadədə ardıcıl davrana bilməz. Qətli törədən şəxsin dəhşətli hadisədən sonra özünün lirik mənini qabatmaq cəhdi, “sevən insan” obrazında təqdim etməsi, davranışına əxlaqi bəraət qazandırmaq cəhdləri, ictimai qınağı öncədən hesablamağı əməlinə faktiki olaraq bəraət axtardığından xəbər verir və təsdiq edir. Bəraət axtaran şəxs faktiki olaraq törətdiyi əməlin mahiyyətini dərk edir.

Peşəkar vəkilin vəsadətində çox maraqlı və gərəkən suallar ortaya çıxır. O, hakimə ünvanladığı vəsadətdə haqlı olaraq bu sualları diqqətə almalarını istəyir:
Vəkil vəsadətində yazır:
Bizi maraqlandıran suallar var.
Anlaqsız şəxs necə olur ki, bir insanla uzun müddət münasibət saxlayır?
Anlaqsız şəxs niyə davranışını “sevgi” ilə əsaslandırır?
Anlaqsız şəxs niyə özü üçün məsuliyyətdən yayınma planlayır? Belə ki, istintaqda bir cürə, məhkəmədə isə tamamilə başqa şəkildə ifadə verir? Əgər o həqiqətən də anlaqsızdı və qətli törədəndə ğzünü və əməlivi dərk etmirdisə, bəs niyə onun məhkəmədəki ifadələrində həqiqəti gizlətmə və ya özünü haqlı göstərmə cəhdləri və ya nəticəni dəyişməyə yönəlik hərəkətlər var?

Əlbəttə ki, kifayət qədər peşəkar və hüquqi savada malik olan hakimin bunları görməməsi, hiss etməməsi mümkünsüzdür. Bəs niyə zərərçəkmiş tərəfin hüquqi və qanuni nümayəndələrinin şübhəsini artıran hallara məhkəmə gedişindəə rəvac verilir?
Hələlik tələsməyək. Məhkəmə və Müstəqil.Az-n araşdırması və müşahidəsi davam edir.

(Ardı var)
ÖtgünX

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar