veten informasiya agentliyi

Bakıda dolu sürprizi: Aprel üçün bu hal nə dərəcədə normaldır?

Tarix:15-04-2026, 12:25
Baxış Sayı:66

Bakıda dolu sürprizi: Aprel üçün bu hal nə dərəcədə normaldır?

Dünən axşam saatlarında Bakının bəzi ərazilərinə güclü dolu yağıb. Aprel ayının ortasında dolunun yağması insanları təəccübləndirib.
Bəs aprel ayında dolunun yağması normaldır?
Məsələ ilə bağlı iqlimşünas Şirin Cəbrayılov bildirib ki, Aprel ayında Bakı şəhərində dolu yağmasının müşahidə olunması iqlim baxımından normal sayılır.
"Yazın ortalarında atmosferdə qeyri-sabitlik artır və bu da dolu kimi hadisələrin yaranmasına şərait yaradır. Bu dövrdə isti və soyuq hava kütlələrinin toqquşması güclü konvektiv buludların formalaşmasına səbəb olur".
İqlimşünas qeyd edib ki, günəş radiasiyasının artması ilə yer səthi sürətlə isinərkən, yuxarı atmosfer qatlarında temperaturun aşağı qalması şaquli hava axınlarını gücləndirir.
"Nəticədə kümülonimbus buludları yaranır və bu buludlarda formalaşan buz dənəcikləri dolu şəklində yerə düşür. Xəzər dənizinin təsiri ilə rütubətin artması da bu prosesi daha da intensivləşdirir.Dolu hadisələri əsasən lokal xarakter daşıyır, qısa müddətli olur və daha çox aprel-may aylarında müşahidə edilir", - deyə o qeyd edib.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş