veten informasiya agentliyi

Bu peşələr ləğv EDİLİR - SƏBƏB

Tarix:15-04-2026, 12:21
Baxış Sayı:42

Bu peşələr ləğv EDİLİR - SƏBƏB

Son illərdə süni intellektin sürətli inkişafı ilə əlaqədar əmək bazarında köklü dəyişikliklər olacağı barədə səslənən fikirlər narahatlıq doğurur. Hansı peşə sahibləri bu inkişafdan daha çox təsirlənəcək? Və hansı peşələr tamamilə suni intellektlə əvəzlənə bilər? Gəlin bu mövzuya birlikdə nəzər salaq.
Süni intellektin sürətli inkişafı əmək bazarında müəyyən dəyişikliklər yaradıb. Bu mövzu bir çox insanların beynində sual doğurur.Ancaq məsələyə daha sakit və real yanaşmaq vacibdir. Çünki tarix göstərir ki, hər texnoloji yenilik köhnə sahələri dəyişdiyi kimi, yeni imkanlar da yaradır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan AİKTSA sədri Elvin Abbasov süni intellektin əmək bazarındakı təsiri birmənalı olaraq işin itirilməsi deyil, daha çox işin mahiyyətinin dəyişməsi kimi qiymətləndirilməli olduğunu bildirib.
Bu inkişafdan ən çox rutin, təkrar olunan və məlumatların emalına əsaslanan peşə sahibləri təsirlənəcək. Məsələn, mühasib köməkçiləri, məlumat daxil edənlər, sadə hüquqi sənədlərin hazırlanması ilə məşğul olanlar və müştəri xidmətləri təmsilçiləri süni intellektin sürətli və xətasız işləmək qabiliyyəti qarşısında ciddi rəqabətlə üz-üzədirlər. Bu sahələrdə çalışanlar öz fəaliyyətlərini texnologiyanın nəticələrini idarə etmək və tənqidi təhlil etmək istiqamətinə yönəltməli olacaqlar.
Ekspertin fikricə tamamilə əvəzlənə biləcək peşələrə isə "texniki icraçı" xarakterli sahələr daxildir. Telefon operatorları, tərcüməçilər (xüsusilə texniki mətnlər üzrə), anbar uçotunu aparanlar və bəzi növ sənəd dövriyyəsi mütəxəssisləri yaxın gələcəkdə süni intellekt sistemləri tərəfindən tam sıxışdırıla bilər.
"Lakin yaradıcılıq, emosional zəka, strateji qərarvermə və fiziki çeviklik tələb edən peşələr (məsələn, cərrahlar, psixoloqlar, mühəndis-tədqiqatçılar və incəsənət xadimləri) öz əhəmiyyətini qoruyacaq.Əsas hədəf texnologiya ilə rəqabət aparmaq deyil, onunla "birgə yaratmaq" bacarığını mənimsəməkdir"-deyərək ekspert bildirib.
Nəticə olaraq demək mümkündür ki, süni intellekt əmək bazarında kəskin təhlükə deyil, daha çox dəyişiklik yaradan bir alətdir. Bəzi işlər sadələşir, bəziləri isə yeni formada davam edir.
Ən vacib olan isə dəyişikliklərə açıq olmaq, yeni bacarıqlar öyrənməkdir.
Belə yanaşdıqda süni intellekt qorxulu bir faktor yox, əksinə, yeni imkanlar yaradan bir vasitəyə çevrilə bilər.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı