veten informasiya agentliyi

Kimya fənni üzrə fənn aylığı elan edilir

Tarix:8-04-2026, 22:07
Baxış Sayı:83

Kimya fənni üzrə fənn aylığı elan edilir
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində aprel ayı kimya fənni üzrə fənn aylığı elan edilir.
Fənn aylığının keçirilməsində əsas məqsəd şagirdlərdə kimya fənninə marağın artırılması, onların elmi dünyagörüşünün genişləndirilməsi, məntiqi və analitik təfəkkürünün inkişaf etdirilməsidir. Eyni zamanda, müəllimlərin peşəkar fəaliyyətinin dəstəklənməsi və tədris prosesində innovativ yanaşmaların tətbiqinin təşviqi diqqət mərkəzində saxlanılır.
Aylıq çərçivəsində açıq dərslər, laborator məşğələlər, bilik yarışları, intellektual oyunlar, seminar və təqdimatlar təşkil olunacaq. Şagirdlərin fəal iştirakı ilə keçiriləcək tədbirlər onların praktiki bacarıqlarının inkişafına və kimya fənninin gündəlik həyatla əlaqəsinin daha dərindən mənimsənilməsinə xidmət edəcək.
Qeyd edək ki, kimya fənn aylığı çərçivəsində keçirilən tədbirlər təhsil müəssisələrində elmi mühitin daha da canlandırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəkdir.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim #FənnAylığı

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş