veten informasiya agentliyi

Bunu istifadə edə bilərsiniz - Elektron siqaret sayılmır

Tarix:3-04-2026, 10:36
Baxış Sayı:58

Bunu istifadə edə bilərsiniz - Elektron siqaret sayılmır


Milli Məclisdə müzakirəyə çıxarılmış "Tütün və tütün məmulatı haqqında" Qanunda elektron siqaret anlayışına aydınlıq gətirilib.
Qanuna elektron siqaretlə qızdırılan tütün məmulatı anlayışını bir-birindən ayıran müddəaların əlavə olunması təklif edilib.
Müddəlara əsasən:
- Qızdırılan tütün məmulatı - "tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat".
- Elektron siqaret - "qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul" anlamını ifadə edəcək.
Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək.
Eyni zamanda Azərbaycanda nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı da qadağan edilir.
Təkliflər Milli Məclisdə birinci oxunuşdan keçib.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş