veten informasiya agentliyi

Yağan yağışlar Xəzər dənizinin səviyyəsini artırıb? - AÇIQLAMA

Tarix:1-04-2026, 10:20
Baxış Sayı:124

Yağan yağışlar Xəzər dənizinin səviyyəsini artırıb? - AÇIQLAMA


Son günlər yağan güclü yağışların Xəzər dənizi səviyyəsinin artmasına təsir edib-etmədiyi müzakirə olunur.
Mövzu ilə bağlı Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, professor Əmir Əliyev Milli.Az-a açıqlamasında bildirib ki, yağışların dənizin səviyyəsinə ciddi təsir göstərdiyini demək doğru deyil.
Onun sözlərinə görə, güclü yağışlar təbii prosesdir və Xəzərin səviyyəsində mövsümi dəyişikliklər hər il müşahidə olunur.
"Adətən yanvar-iyun ayları arasında dənizin səviyyəsi təxminən 30 sm artır, iyuldan oktyabra qədər isə bu artım eyni həcmdə azalır. Bu səbəbdən yağan yağışların ümumi səviyyəyə təsiri minimal olur. Mart ayından etibarən çaylarda gursululuq başlayır və bu da mövsümi qalxmaya səbəb olur. Burada əsas rolu Volqa çayı, Ural çayı, Samur çayı və Kür çayı oynayır".
Professor bildirib ki, Xəzər dənizinin səviyyəsi haqqında danışarkən illik orta göstərici nəzərdə tutulur.
"Son 5 ilin məlumatları göstərir ki, dənizin səviyyəsinin enmə tempi zəifləyib. Proqnozlara əsasən, səviyyənin azalması təxminən 2050-ci ilə qədər davam edəcək, bundan sonra isə artım mərhələsi gözlənilir. Bu, təbii və dövri prosesdir - müəyyən edilib ki, təxminən hər 230-250 ildən bir səviyyə enir və yenidən qalxır. Xəzər dənizinin səviyyəsinin cəmi 1 sm artması üçün təxminən 4 kub kilometr su tələb olunur ki, bu da təxminən Kür çayının yarım ildə gətirdiyi su həcminə bərabərdir. Yağan yağışlar nəticəsində isə dənizə bu miqdarda su daxil olmur", - deyə o qeyd edib.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş