veten informasiya agentliyi

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Tarix:24-03-2026, 16:49
Baxış Sayı:57

Bakı aeroportu cədvəlini DƏYİŞİR


Heydər Əliyev Beynəlxalq Aeroportu martın 29-dan etibarən yaz-yay uçuş cədvəlinə keçir.
Bu barədə Bakı aeroportundan məlumat verilib.
Bildirilib ki, yeni mövsüm 24 oktyabr tarixinədək qüvvədə olacaq.
Yaz-yay mövsümündə Bakıdan Avropa, Mərkəzi, Cənubi və Şərqi Asiya istiqamətlərində genişlənmiş uçuş şəbəkəsi sərnişinlərə təqdim olunacaq.
Regional və Asiya istiqamətləri üzrə İstanbul, Ankara, Moskva, Daşkənd, Düşənbə, Ürgənc, Astana, Almatı və Aktau ilə yanaşı, Pekin və Urumçi istiqamətlərində də uçuşlar həyata keçiriləcək.
Avropa istiqamətləri üzrə isə Berlin, Frankfurt, Milan, Roma, Varşava, Praqa, London, Vyana, Budapeşt, Paris, Barselona və Kişineu şəhərlərinə uçuşlar planlaşdırılır.
Bununla yanaşı, Tbilisi, Bişkek, İzmir, Bodrum, Belqrad, Male və İslamabad istiqamətlərində də müntəzəm hava əlaqələri təmin olunacaq.
Uçuşlar AZAL, "Turkish Airlines", "Pegasus Airlines", "AJet", "Air Astana", "Uzbekistan Airways", "Wizz Air", "China Southern", "LOT Polish Airlines", "Lufthansa" və digər beynəlxalq aviadaşıyıcılar tərəfindən həyata keçiriləcək.
Yay mövsümündə səyahət tələbatının artacağını nəzərə alaraq, sərnişinlərə aviabiletlərini əvvəlcədən bron etmələri tövsiyə olunur.
Daha rahat və sürətli xidmət üçün onlayn qeydiyyat imkanlarından, eləcə də hava limanında mövcud olan özünüxidmət köşklərindən (Self Check-In və Self-Service Baggage Drop-Off) istifadə etmək mümkündür.
Sərnişinlərə, həmçinin səfərdən əvvəl uçuş cədvəlinin aktuallığını yoxlamaq və mümkün dəyişikliklərlə bağlı məlumatı birbaşa aviaşirkətlərin rəsmi internet səhifələrindən əldə etmək tövsiyə edilir.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş