veten informasiya agentliyi

Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...

Tarix:23-03-2026, 10:33
Baxış Sayı:58

Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...

Bu gündən etibarən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari təmir işlərinə başlanılıb.
Bu çərçivədə təmir işləri paytaxtın bir sıra avtomobil yollarında bu gün saat 08:00-dan start götürərək 30 mart 2026-cı il saat 22:00-dək davam edəcək.
Təmir ilə əlaqədar hərəkət bağlanmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151 849 kv.m təşkil edir.
Təmir aparılacaq küçə və yolların siyahısı:
1. Heydər Əliyev prospekti ("Ramstore" körpüsündən Heydər Əliyev Beynəlxalq Hava Limanı körpüsünədək);
2. 8 Noyabr prospekti (Yusif Səfərov küçəsindən C.Naxçıvanski adına Hərbi Liseyədək);
3. Ziya Bünyadov prospekti (metronun "20 Yanvar" stansiyasından "Koroğlu" qovşağınadək);
4. Babək prospekti ("Ramstore" körpüsündən Lütfi Zadə küçəsinədək);
5. İnşaatçılar prospekti (İzmir küçəsindən Hüseyn Cavid prospektinədək);
6. Tbilisi prospekti (Abbasqulu ağa Bakıxanov küçəsindən metronun "20 Yanvar" stansiyasınadək);
7. Nəriman Nərimanov prospekti;
8. Bayraq meydanına gedən yol (Azneft meydanından Əhəd Yaqubov küçəsinədək);
9. Hüseyn Cavid prospekti (Abdürrahim bəy Haqverdiyev küçəsindən Mikayıl Müşfiq küçəsinədək);
10. Abbas Mirzə Şərifzadə küçəsi (Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək);
11. İzmir küçəsi;
12. Koroğlu Rəhimov küçəsi (Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək);
13. Fətəli xan Xoyski küçəsi (metronun "Gənclik" stansiyasından Əliyar Əliyev küçəsinədək);
14. Atletlər kəndinə gedən yol (Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinədək);
15. Salyan şosesi ("Bibiheybət" məscidindən Bakı kənar dairəvi yolunadək);
16. Bakı Dairəvi I avtomobil yolu;
17. Zığ şosesi (beton yol);
18. Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək);
19. Rəşid Behbudov küçəsi (Neftçilər prospektindən Abbasqulu ağa Bakıxanov küçəsinədək.(Oxu24.com )

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı