veten informasiya agentliyi

Goranboy şəhəri Asif Məmmədov adına 3 nömrəli məktəbdə baş verən özbaşnalıqlara dur deyən tapılacaqmı?

Tarix:16-03-2026, 14:11
Baxış Sayı:101

Goranboy şəhəri Asif Məmmədov adına 3 nömrəli məktəbdə baş verən özbaşnalıqlara dur deyən tapılacaqmı?

Günay Şirinova kimə arxayındır?

Goranboy şəhəri Asif Məmmədov adına 3 nömrəli tam orta məktəbdə son dövrlərdə baş verən hadisələr təhsil mühitində ciddi suallar doğurur. Günay Şirinovanın səs yazısının yayılmasından sonra onun yenidən vəzifəyə təyin olunmaması gözlənilsə də, müəyyən müddət məktəbdə ümumiyyətlə direktorun olmaması vəziyyəti daha da mürəkkəbləşdirib. 07.02.2025–24.02.2025 tarixləri arasında məktəbdə rəhbərliyin olmaması tədris prosesinə mənfi təsir göstərərək müəllim və şagirdlər arasında çaşqınlıq yaradıb.

Sonradan direktor vəzifəsinin icrası Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun Baş məsləhətçisi Kifayət Rzayeva tərəfindən həvalə edilsə də, sonrakı proseslər yenidən mübahisəli qərarlarla yadda qalıb. Belə ki, əvvəlcə yalnız məzuniyyət dövründə vəzifəni icra etməsi nəzərdə tutulan Günay Şirinova 2025–2026-cı tədris ili başlayanda yenidən direktor vəzifəsinə təyin olunub.

Məktəbdə davamiyyətin zəif olması, bəzi şagirdlərə xüsusi güzəştlərin edilməsi, müəllim övladlarına fərqli münasibət göstərilməsi barədə iddialar da səsləndirilir. Valideyn və şagirdlər arasında yayılan narazılıqlara görə, bəzi şagirdlərin dərsə davamiyyətsizliyinə göz yumulur və bu hal məktəbdə ədalətli təhsil mühitinin formalaşmasına mənfi təsir göstərir.

Bundan başqa, sinif rəhbərliyi ilə bağlı qərarların da şəxsi yaxınlıqlar əsasında verildiyi iddia olunur. Bəzi müəllimlərin və şagirdlərin fikrincə, bu cür yanaşma məktəbdə sağlam idarəçilik prinsipinə uyğun deyil və kollektivdə narazılıq yaradır.

Qeyd olunan faktlar göstərir ki, Goranboy şəhər 3 nömrəli məktəbdə yaranmış vəziyyət aidiyyəti qurumlar tərəfindən diqqətlə araşdırılmalı, təhsil müəssisəsində şəffaflıq və ədalətli idarəçilik prinsipləri bərpa olunmalıdır. Təhsil ocaqlarında baş verən bu kimi hallar vaxtında aradan qaldırılmadıqda həm müəllim heyətinə, həm də şagirdlərin təhsil keyfiyyətinə ciddi təsir göstərə bilər.
Araşdırmalarımız davam edir.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş