veten informasiya agentliyi

Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR - 44 nəfər işdən çıxarıldı

Tarix:13-03-2026, 10:46
Baxış Sayı:65

Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR - 44 nəfər işdən çıxarıldı


İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.
Məlumata görə, vəzifəsini itirənlərdən 42 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi - baş mühasibidir. Digər şəxslər isə Lənkəran Şəhər İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.
Məlumata görə, vəzifəsi ləğv edilənlərdən beş nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilib. Qalan 44 nəfər isə işsizdir.
Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin isə 31 əməkdaşı vəzifələrindən azad ediliblər.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş