veten informasiya agentliyi

Bakıda bu halda kirayə qiymətləri kəskin düşə bilər

Tarix:12-03-2026, 16:13
Baxış Sayı:62

Bakıda bu halda kirayə qiymətləri kəskin düşə bilər

Yataqxanaların tikilməsi və ya universitetlərin kampus tipli şəhərciklər şəklində şəhərdən kənara köçürülməsi təklifi Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən dəfələrlə irəli sürülüb.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, bu addım daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsinə də təsir göstərə bilər.
"Eyni zamanda, universitetlərin şəhər mərkəzindən və mərkəzə yaxın ərazilərdən kənara çıxarılması tıxacların müəyyən qədər azalmasına səbəb ola bilər. Rəsmi rəqəmlərə nəzər salsaq, hazırda universitet yataqxanalarında yerləşdirilən tələbələrin sayı təxminən 4 min nəfər civarındadır. Nəzərə alsaq ki, ali məktəblərə hər il 50 mindən çox tələbə qəbul olunur və ümumilikdə ölkədə təxminən 200 minə yaxın tələbə var, bu halda yataqxanalarda yerləşmə cəmi 2 faiz təşkil edir. Halbuki normativlərə görə tələbələrin ən azı 25-30 faizi yataqxana ilə təmin edilməlidir".
Sədr qeyd edib ki,yataqxanaların tikintisi tikinti şirkətləri üçün xüsusi təşviq proqramları vasitəsilə stimullaşdırılmalıdır.
"Pulsuz torpaq sahələrinin ayrılması, vergi güzəştlərinin tətbiqi və digər dəstək mexanizmləri hesabına daha çox yataqxana tikmək mümkün ola bilər. Bu isə birbaşa kirayə bazarına təsir göstərə bilər. Belə ki, kirayə mənzil axtaranların təxminən yarısını tələbələr təşkil edir və bu kifayət qədər böyük göstəricidir. Kirayə tələbinin azalması daşınmaz əmlakın satış qiymətlərinə də təsir edə bilər ki, bu da son nəticədə mənzil bazarında qiymət artımının qarşısının qismən alınmasına səbəb ola bilər. Yataqxanaların sayının artırılması həm sosial layihə, həm də təhsilin gələcəyinə yönəlmiş investisiya kimi qiymətləndirilə bilər. Hər il on minlərlə tələbə təhsil almaq üçün Bakıya gəlir və valideynlərin minimum və ya orta əməkhaqqı ilə paytaxtda kirayə mənzil tutmaq imkanı məhdud olur. Bu baxımdan, yeni yataqxanaların tikilməsi bütün sosial təbəqələr üçün mühüm addım hesab oluna bilər", - deyə o qeyd edib.​

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı