veten informasiya agentliyi

“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tarix:11-03-2026, 12:35
Baxış Sayı:49

Martın 5-də Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu cür müsabiqələrin istedadlı uşaqları aşkarlamağa, onların innovativ qabiliyyətini inkişaf etdirməyə kömək etdiyini qeyd edib, hər bir gəncin ölkənin yüksəlişinə töhfə verməli olduğunu vurğulayıb.
Dəyişən dünya üçün gənclərimizin həm bilikli, həm də lazımi bacarıqlara malik yetişdirilməsinin mühümlüyünü qeyd edən Firudin Qurbanov ölkə Prezidentinin gənclərin inkişafına xüsusi diqqət yetirdiyini bir daha nəzərə çatdırıb.
Çıxışında gənclərə tövsiyələrini səsləndirən Firudin Qurbanov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə gənclərə onlar üçün yaradılan imkanları vaxtında dəyərləndirməyi, təqdim olunan resurslardan səmərəli şəkildə faydalanmağı tövsiyə edib.
Çıxışında “Sabahın alimləri” müsabiqəsinin ölkənin ən nüfuzlu müsabiqələrindən biri olduğunu vurğulayan Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov müsabiqənin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsini yüksək qiymətləndirib və qalibləri təbrik edib.
Tədbirin davamında qaliblərə medal və sertifikatlar təqdim olunub. İştirakçılar 16 qızıl, 35 gümüş, 56 bürünc medal olmaqla ümumilikdə 107 medal qazanıblar. Münsiflərin təsis etdiyi 6 ədəd "Xüsusi mükafat" da sahiblərinə verilib. Ən çox uğur qazanan layihələr ekologiya, fizika, riyaziyyat, kimya, robototexnika, sağlamlıq sahələrini əhatə edib.
Qeyd edək ki, "Sabahın alimləri" müsabiqəsi Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilib.
Müsabiqənin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı