veten informasiya agentliyi

Bayram günlərində bölgələrdə qiymətlər “od tutub yanır” – 300 manata çatdı

Tarix:7-03-2026, 10:06
Baxış Sayı:54

Bayram günlərində bölgələrdə qiymətlər “od tutub yanır” – 300 manata çatdı

Ramazan və Novruz bayramılya əlaqədar ölkəmizdə bir neçə gün iş olmayacaq. Bu günlərdə istər yerli, istərsə də Azərbaycana gələn əcnəbi turistlər bölgələrimizə üz tuturlar.
Bəs hazırda bölgələrimizdə qiymətlər necədir?
Mövzunu şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bayram günlərində bölgələrdə gündəlik kirayə verilən evlərin, hotellərin və koteclərin qiymətlərində artım müşahidə olunur.
"Bu artım əsasən bölgələrə turist axınının artması ilə bağlıdır. Xüsusilə quru sərhədlərin bağlı qalması ölkə daxilində səyahət edənlərin sayını artırır və nəticədə bölgələrdə yerləşdirmə xidmətlərinə tələbat yüksəlir. Son illərdə regionlarda turizmin inkişafı da bu prosesə əlavə təkan verir. Bayram və istirahət günlərində qiymətlər orta hesabla 25%-75% aralığında artır. Qiymətlər kirayə evlərin, hotellərin və koteclərin komfort səviyyəsindən, eləcə də yerləşdiyi ərazidən asılı olaraq dəyişir".
Sədr qeyd edib ki, vətəndaşlar istirahət üçün daha çox İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar, Xaçmaz, Zaqatala və Balakən rayonlarına, həmçinin işğaldan azad edilmiş ərazilərə və cənub bölgəsinə üstünlük verirlər.
"Son 5 ilin dinamikasına nəzər saldıqda qiymətlərin nəzərəçarpacaq dərəcədə artdığı görünür. Belə ki, gündəlik kirayə verilən evlərin qiyməti təxminən 2,5 dəfə artıb, bəzi ərazilərdə isə bu artım 3-3,5 dəfə təşkil edir. Hotellərdə isə qiymətlər orta hesabla 1-1,5 dəfə artıb. Turistlərin ən çox üz tutduğu rayonlardan biri Qəbələdir. Adi günlərdə burada gündəlik kirayə verilən evlərin qiyməti 50-150 manat arasında dəyişdiyi halda, bayram günlərində 150-300 manat aralığında təklif olunur. Bəzi villalarda isə qiymət 300 manatdan da yüksək olur. Qubada qiymətlər Qəbələ ilə müqayisədə təxminən 30% ucuzdur. Belə ki, adi günlərdə gündəlik kirayə verilən evlərin qiyməti 50-100 manat, bayram günlərində isə 80-200 manat civarında dəyişir. Qusar və Xaçmaz rayonlarında isə adi günlərdə qiymətlər 70-100 manat, bayram günlərində isə 100-200 manat aralığında olur. Şəki-Zaqatala bölgəsində qiymətlər nisbətən daha münasibdir. Bu ərazilərdə adi günlərdə gündəlik kirayə evlərin qiyməti 50-100 manat arasında dəyişdiyi halda, bayram günlərində 70-150 manat aralığında təklif olunur. İşğaldan azad edilmiş ərazilərdə isə turizm bazarı yeni formalaşdığı üçün burada qiymətlər Şahdağ Turizm Mərkəzi və Qəbələ kimi turizm istiqamətlərindəki qiymətlərlə müqayisə olunur. Bu da həmin bölgələrdə turizm infrastrukturu inkişaf etdikcə qiymətlərin formalaşma prosesinin davam etdiyini göstərir", - deyə o qeyd edib.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı