veten informasiya agentliyi

Novruzəli Aslanov: “Rəsmi Tehranın indiki siyasi xətti ölkənin təcrid riskini artırır”

Tarix:6-03-2026, 11:01
Baxış Sayı:344

Novruzəli Aslanov: “Rəsmi Tehranın indiki siyasi xətti ölkənin təcrid riskini artırır”

“Naxçıvana qarşı 5 mart tarixində həyata keçirilən PUA hücumları regionda onsuz da həssas olan təhlükəsizlik balansını ciddi şəkildə sarsıtdı. İran ərazisindən havaya qalxan dronların birinin Naxçıvan hava limanının terminal binasına, digərinin isə Şəkərabad kəndində məktəb yaxınlığına düşməsi hadisənin təsadüfi deyil, seçilmiş hədəflər üzərindən mesaj vermək məqsədi daşıdığını göstərir. Lakin bu “mesaj”ın mahiyyəti güc deyil, məsuliyyətsizlikdir. Azərbaycan uzun müddətdir qonşuluq münasibətlərində sabit və konstruktiv xətt tutduğunu nümayiş etdirib. Ölkəmizin ərazisi heç vaxt qonşu İran üçün təhlükə mənbəyinə çevrilməyib. Əksinə, diplomatik jestlər və humanitar niyyətlər hər zaman ön planda olub. İranda baş verən hadisələr fonunda Azərbaycan Prezidentinin qonşu ölkəyə humanitar yardım imkanlarını nəzərdən keçirməsi də əsil sülhməramlı niyyətin nümayişi idi. Bu fonda mülki linfrastruktura yönəlmiş hücum qərarı siyasi etikaya açıq ziddiyyət təşkil edir. Azərbaycanın suveren ərazilərinə olunan xaincəsinə hücumla əlaqədar elə həmin gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda çıxış edən dövlət başçısı bu hücumu birmənalı olaraq Azərbaycan dövlətinə qarşı terror aktı kimi qiymətləndirib. Cənab Prezident hər zaman olduğu kimi, qətiyyətli və prinsipial mövqedən çıxış edərək bildirmişdir ki, Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlərin dərhal məsuliyyətə cəlb olunmalarını tələb edir.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Millət vəkili bildirib ki, hava limanı istənilən ölkənin mülki həyat damarlarından biridir və oraya zərbə endirmək sadəcə tikiliyə ziyan vurmaq deyil, insanların gündəlik təhlükəsizlik hissini sarsıtmaqdır: “Təbii ki, məktəb ətrafında baş verən partlayış da potensial olaraq uşaqların həyatını riskə atmaqla yaşanan sarsıntıları daha da dərinləşdirmək məqsədi güdür. Bu cür hədəf seçimi hərbi zərurətdən çox psixoloji təsir yaratmağa hesablanmış addım təsiri bağışlayır. Beynəlxalq hüquq mülki obyektlərin toxunulmazlığını açıq şəkildə qoruyur və bu prinsipin pozulması ciddi siyasi məsuliyyət doğurur. İran rejiminin davranışı burada xüsusi diqqət çəkir. İllərlə ritorikada dostluq və qonşuluqdan danışan tərəfin əməli addımda tam fərqli mövqe nümayiş etdirməsi siyasi ikiüzlülük təəssüratı yaradır. Diplomatik jestləri cavabsız qoymaq bir yana, onları hərbi təzyiq aləti ilə əvəzləmək regionda etimad mühitini dağıdır. Mülki infrastruktura pilotsuz aparatlarla hücum etmək strateji üstünlük deyil. Bu, daha çox zəif siyasi arqumentlərin hərbi vasitələrlə kompensasiya edilməsinə bənzəyir. Güclü dövlətlər mübahisəəri dialoq və hüquqi mexanizmlərlə həll edirlər. Zəif yanaşma isə emosional və təhlükəli qərarlarla müşayiət olunur. Azərbaycanın tarixində təhlükəsizliyinə yönəlmiş təhdidlərin nəticəsiz qaldığı çoxsaylı nümunələr var. Regionun sabitliyi ilə oynayan hər bir aktor gec-tez bu səhv addımların siyasi nəticələri ilə üzləşib. Cənab Prezidentin xatırlatdığı kimi, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdı. Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün həmin terror aktı İranın dövlət qurumlarının ən rəhbər səviyyələrindən sifariş edilmişdi. O vaxt da Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, səfirliyimiz İrandan təxliyə edilmiş, bütün diplomatik əlaqələr dayandırılmışdı. Bundan sonra İran tərəfi Azərbaycandan üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Heç bir şübhə yoxdur ki, bu dəfə də cavab eyni olacaq. Rəsmi Tehranın da indiki xətti onu daha təhlükəsiz etmir, əksinə, təcrid riskini artırır. Bu hadisə bir daha göstərdi ki, regionun gələcəyi hərbi jestlərdən deyil, qarşılıqlı hörmət və hüquqa sadiqlikdən asılıdır. İranın seçimi isə hazırda bu prinsiplərin əks istiqamətindədir və bu, haqlı olaraq kəskin şəkildə pislənir” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı