veten informasiya agentliyi

Məktəblilərarası fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tarix:24-02-2026, 20:59
Baxış Sayı:85

Məktəblilərarası fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb
Məktəblilərarası fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb
Məktəblilərarası fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb
Məktəblilərarası fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb
Məktəblilərarası fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb

Yanvarın 30-da 2024–2025-ci tədris ilində Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə Məktəblilərarası fənn müsabiqəsində qalib olmuş şagirdlərin mükafatlandırılma mərasimi keçirilib.
Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü liseydə keçirilən tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, idarənin əməkdaşları, liseyin adını daşıyan Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elyar Vəliyevin atası Arif Vəliyev, Qobustan Rayon Təhsil Sektorunun müdiri, qalib şagirdlər, onların müəllimləri və valideynləri iştirak etmişdir.
Çıxış edən natiqlər əldə etdikləri nailiyyətlər münasibətilə şagirdləri təbrik edərək, onlara növbəti olimpiada və müsabiqələrdə uğurlar arzulayıblar.
Sonda qalib şagirdlərə diplom, medal və həddiyyə təqdim edilib. Həmçinin həmin şagirdlərin fənn müəllimlərinə və valideynlərinə də Regional İdarənin rəhbərliyi tərəfindən “Təşəkkürnamə” təqdim edilmişdir.
Qeyd edək ki, 2024–2025-ci tədris ilində Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə Məktəblilərarası fənn müsabiqəsində Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü liseyin VIII sinif şagirdi Xəlilova Zülfiyyə Qalib qızı fizika fənni üzrə I yer və həmin liseyin VIII sinif şagirdi Əkbərli Gülər Qadir qızı isə biologiya fənni üzrə III yerə layiq görülüblər.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Şagird #FənnMüsabiqəsi #Təltif

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş