veten informasiya agentliyi

Amerikalı gənclər Azərbaycan dilini belə öyrənirlər

Tarix:22-02-2026, 11:30
Baxış Sayı:95

Amerikalı gənclər Azərbaycan dilini belə öyrənirlər



21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu münasibətlə ABŞ-ın Yuta ştatında maraqlı tədbir keçirilib.
Planetinfo.az xəbər verir ki, tədbir Azərbaycan-Yuta dostluq cəmiyyətinin təşəbbüsü ilə baş tutub və Azərbaycan dilinin təbliğinə həsr olunub. Brigham Young Universitetində baş tutan tədbirdə elə bu universitetin tələbələri fəal şəkildə iştirak ediblər, Azərbaycan dilində maraqlı çıxışlarla yadda qalıblar. Sözügedən tədbirin əsas təşkilatçısı olan Əsmər Gərayın Publika.az-a bildirib ki, amerikalıların Azərbaycana və Azərbaycan dilinə böyük hörməti, sevgisi var:
“Brigham Young Universiteti ABŞ-ın sayılıb-seçilən universitetlərindən biridir. Həmçinin, ABŞ-da Azərbaycan dilinin aktiv tədris olunduğu yeganə məkandır. Biz 2023-cü ildən bu işə başladıq. İlk semestrdə 11 tələbə, ikinci semestrdə isə 6 tələbə Azərbaycan dili dərslərinə cəlb olundu. Tədris müddətində dilimizin təbliği ilə yanaşı digər tədbirlərimiz də baş tutub. Xüsusilə "Zəfər günü"nə həsr olunan tədbiri deyə bilərəm. Bundan başqa, milli rəqslərimiz, milli mətbəximiz də amerikalılara təqdim olunub, onlar tərəfindən rəqslərimizə və mətbəximizə də böyük marağın şahidi olmuşuq.
Təsəvvür edin, amerikalı tələbə qız milli mətbəximizdən olan bozartmanı bişirib. Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirimizə gəlincə, çox gözəl keçdi, amerikalı gənclərin bizim dildə danışması özümüzə də çox xoş oldu. Onu da deyim ki, amerikalı tələbələr tərəfindən Azərbaycan dilinə, ümumiyyətlə, ölkəmizə böyük maraq var. Buna görə nəzərdə tutmuşuq ki, dilimizin tədrisini davam etdirək”.

Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Azərbaycan məscidinə erməni şairin adı verildi
Azərbaycan məscidinə erməni şairin adı verildi
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Dollar almaq istəyənlərin diqqətinə
Dollar almaq istəyənlərin diqqətinə