veten informasiya agentliyi

Unun qiymətində artım oldu: çörək də bahalaşacaq?

Tarix:21-02-2026, 18:07
Baxış Sayı:55

 Unun qiymətində artım oldu: çörək də bahalaşacaq?

Son bir ay ərzində Azərbaycanda 50 kiloluq un kisələrinin topdansatış qiymətlərində müəyyən dəyişikliklər müşahidə olunub. “Anadoluqida” MMC və “AVETA” MMC qiymətlərini kiçik bir artımla 27.7 manatdan 27.8 manata yüksəldib, eyni zamanda, bir sıra digər şirkətlər də unun topdansatış qiymətlərinə 10 qəpik əlavə edib. Maraqlıdır ki, “Qarabağ un” MMC qiymətində kiçik azalma edib, “Avrora” MMC-də isə artım olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda unun pərakəndə satış qiyməti hər kiloqram üzrə 2026-cı ilin yanvarında yerli istehsal üzrə illik 0.3% artaraq 1.29 manat, xarici istehsal isə 4.23% artaraq 1.78 manat olub.
Unun qiymətindəki artım çörəyin bahalaşmasına səbəb olacaqmı?
Bu barədə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev danışıb. O deyib ki, Azərbaycanda çörək satışında müxtəlif növ məhsullar istehlakçılara təqdim olunur:
“Hər bir alıcı öz zövqünə uyğun seçim edə bilir. Bazarda yüksək qiymətli çörəklər mövcuddur ki, onların da alıcıları var. Ən ucuz çörəklər də var və əsasən əhalinin həssas təbəqəsi bu məhsullardan yararlanır”.
İqtisadçının sözlərinə görə, cüzi qiymət artımları adətən çörəyin ən aşağı kateqoriyasına təsir göstərir:
“Lakin məsələ dövlətin nəzarətindədir. Bu səbəbdən də hər hansı istehsalçı va xaricdən un gətirənlər məsələyə həssas yanaşırlar. İstehsalçılar və satış şəbəkələri qiymət artımlarına tərəddüd edir və qiymətlərin digər çörək növlərinə təsirini diqqətlə izləyirlər”.
Bununla belə, iqtisadçılar yaxın perspektivdə çörəyin bahalaşacağını istisna edirlər.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı