veten informasiya agentliyi

Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd EDİLƏCƏK

Tarix:21-02-2026, 18:05
Baxış Sayı:65

Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd EDİLƏCƏK



Azərbaycanda yaz fəslinin gəlişindən xəbər verən çərşənbələr yaxınlaşır.

Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.

Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır.

Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma ilə xarakterizə olunur. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Su üstündən atlanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu çərşənbənin ayinlərindəndir. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir.

Yeri gəlmişkən, martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 18:45:53-dən başlayacaq.

Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş