veten informasiya agentliyi

Məzuniyyətlərlə bağlı YENİ QAYDALAR – Bu şəxslərə kompensasiya veriləcək

Tarix:20-02-2026, 11:12
Baxış Sayı:58

 Məzuniyyətlərlə bağlı YENİ QAYDALAR – Bu şəxslərə kompensasiya veriləcək

Əmək şəraiti və stajına görə, həmçinin uşaqlı qadınlar və azad edilən ərazilərdə işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlə bağlı yeni qaydalar tətbiq ediləcək.
Sözügedən şəxslərə istifadə etdikləri əlavə məzuniyyətə görə kompensasiya veriləcək.
Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər
Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə müddəti 6 təqvim günündən az olmayan əlavə məzuniyyətlər verilir.
Əmək stajına görə əlavə məzuniyyətlər
Əmək stajından asılı olaraq işçilərə 5 ildən 10 ilədək əmək stajı olduqda 2 təqvim günü, 10 ildən 15 ilədək əmək stajı olduqda 4 təqvim günü, 15 ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Uşaqlı qadınların əlavə məzuniyyətləri
Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək 2 uşağı olan qadınlara 2 təqvim günü, bu yaşadək 3 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti
İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi
Hazırda qüvvədə olan qanunvericiliyə görə, yuxarıda nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiya verilmir.
Yeni qərara əsasən isə, yuxarıdakı abzasdakı müddəa bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə onun tətbiqi dayandırılacaq.
Mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi yuxarıda göstərilən əlavə məzuniyyətlərinə görə istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək./Trend.Az

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı