veten informasiya agentliyi

Amasiyada evlərini axtardılar... - Ermənistanı qarışdıran azərbaycanlılar kimlərdir?

Tarix:20-02-2026, 11:08
Baxış Sayı:46

Amasiyada evlərini axtardılar... - Ermənistanı qarışdıran azərbaycanlılar kimlərdir?

İki azərbaycanlının Ermənistanda sərbəst gəzməsi, Şirak bölgəsinə, Gümrüyə, daha sonra Amasiyaya getməsi və videoçəkiliş aparması ermənilər arasında təşviş dolu müzakirələrə səbəb olub.

Videoçəkiliş aparan azərbaycanlılar əslən Amasiyadan olduqlarını, burada babalarının evlərinin olduğunu bildirirlər. Qeyd ediblər ki, tezliklə öz yurdlarına qayıdacaqlar. Onlar Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın nəslindəndir.

Azərbaycanlılar Amasiyada erməni patrullarla da söhbət edir. Yerli sakinlər azərbaycanlıları gördüklərini, lakin onların kim olduğunu bilmədiklərini deyir. Şahidlərin sözlərinə görə, azərbaycanlılar bir neçə gün kəndləri gəzib, yeyib-içiblər.

“Hraparak” nəşri iddia edir ki, heç bir patrul, yaxud digər hüquq-mühafizə orqanları azərbaycanlıların kimliyini müəyyən etmək və ya səfərlərinin məqsədini aydınlaşdırmaqla bağlı heç bir tədbir görməyib.

Erməni sakinlər nəşrə danışaraq iddia ediblər ki, azərbaycanlılar tezliklə dədə-baba yurdlarına qayıdacaqlarını bildiriblər.

Ermənistan Daxili İşlər nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin məsələ ilə bağlı açıqlama verməməsi də ermənilər arasında əsas müzakirə mövzularından biridir.

Amasiya meri Cemma Harutyunyan isə bildirib ki, Milli Təhlükəsizlik Xidməti hər şeyi nəzarət altında saxlayırt.

“İki azərbaycanlı Rusiya vətəndaşıdır, onların avtomobillərində Rusiya nömrə nişanları olub. Buna görə də polis Rusiya vətəndaşına qarşı heç bir tədbir görməyib. Həmin azərbaycanlılar sakinlərlə söhbət etməyib, sadəcə əraziyə baxıb, foto çəkiblər və gediblər. Həmin azərbaycanlılar Gümrüdə də olublar, restorana gediblər, sonra Amasiyaya gəliblər”, - Amasiyanın meri qeyd edib.

Azərbaycanlıların Ermənistana səfəri əslində öz dədə-baba yurdlarına baş çəkməsidir.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı