veten informasiya agentliyi

Restoranlardakı iftar menyuları dinə ziddir - İlahiyyatçıdan AÇIQLAMA

Tarix:19-02-2026, 10:00
Baxış Sayı:94

Restoranlardakı iftar menyuları dinə ziddir - İlahiyyatçıdan AÇIQLAMA

Restoranlarda iftar süfrəsi üçün menyuların mövcud olduğu xəbərini vermişdik. Xatırladaq ki, iftar menyuları 30 manatdan 80-90 manata kimi dəyişir. Bəzi restoranlarda isə Ramazan ayına özəl kompaniyalar var. Həmin restoranlarda 5 nəfərlik menyu 89 manat, 10 nəfərlik menyu isə 179 manatdır.

Bəs, maraqlıdır, bu tip iftar süfrələrinin verilməsi nə dərəcədə dinin tələblərinə uyğundur?

Mövzu ilə bağlı açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, iftar təmənnasız olmalıdır. Qurban ətini və iftarı pulla satmaq alverdir, ibadət deyil.

Onun sözlərinə görə, kafelərdə təqdim olunan menyuların adının iftar qoyulması dinə ziddir və günahdır. T.İrfan qeyd edib ki, oruc tutan adamlara kimsə iftar verirsə onun əvəzinə pul almamalıdır:

"Ramazan ayı rəhmət ayıdır, zəhmət ayı deyil. Bu ayda təmənnasız kömək etmək, səxavət göstərmək lazımdır. Restoranınlar yemək verirsə, bunun adını iftar qoyub əvəzinə ödəniş alırsa bu dindən sui-istifadə və fürsətcillikdir".

Həmsöhbətimizin dediyinə görə, Ramazan ayında vacib şərtlər odur ki, hər bir gücü yetən müsəlman Ramzanda oruc tutmalıdır. Qeyd edib ki, səfərdə olanlar, xəstələr, hamilə və süd verən qadınlar, yaşlılar oruc tutmaya bilər. Həmçinin uşaqlara da vacib deyil. Həddi buluğa çatandan sonra oruc tutmaq onlara fərz olur:

"İftar və imsak süfrələri açıb oruc tutanları dəvət etmək də savab əməllərdəndir. Amma bir şərtlə ki, bu təmənnasız olsun. Əgər təmənnalıdırsa onun adını iftar qoymaq doğru deyil. Təsəvvür edin ki, kimsə oruc tutanların dəvət edir və yeməkdən sonra onlardan pul alır. Bu necə iftar ola bilər. Ya təmənnasız verməli, ya da adını iftar qoymamalıdır".

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş