veten informasiya agentliyi

FHN-in mobil tətbiqi istifadəyə verildi

Tarix:18-02-2026, 10:04
Baxış Sayı:86

FHN-in mobil tətbiqi istifadəyə verildi


Rəqəmsal xidmətlərin inkişafı, o cümlədən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Elektron xidmətlər sisteminin mobil tətbiqi istifadəyə verilib.
Nazirlikdən verilən məlumata görə, “e-FHN” mobil tətbiqi müvafiq xidmətlər üçün müraciət və cərimələrin qeydiyyatının avtomatlaşdırılmasını təmin edir. Bu sistem vasitəsilə vətəndaşlar tətbiqə daxil olaraq qeydiyyatdan keçib Nazirliyin təqdim etdiyi xidmətlərdən rahat şəkildə yararlana bilərlər.
Tətbiq müraciətlərin elektron formada göndərilməsi, icra statusunun izlənilməsi, bildirişlərin əldə olunması, müvafiq ödənişlərin edilməsi və digər funksiyaları özündə birləşdirir.
Qeyd edək ki, mobil tətbiqin istifadəyə verilməsi Nazirliyin səlahiyyətləri çərçivəsində elektron hökumət təşəbbüslərinin dəstəklənməsi, dövlət xidmətlərinə çıxışın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan mühüm addımlardan biridir.
Fövqəladə Hallar Nazirliyi rəqəmsallaşma istiqamətində həyata keçirdiyi layihələrlə vətəndaşlara daha çevik, şəffaf və əlçatan xidmətlərin göstərilməsini davam etdirir.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş