veten informasiya agentliyi

Məşhur "Kardaşev şkalası" reallaşır? - "SpaceX" orbitə 1 milyon peyk buraxacaq

Tarix:1-02-2026, 12:32
Baxış Sayı:75

Məşhur "Kardaşev şkalası" reallaşır? - "SpaceX" orbitə 1 milyon peyk buraxacaq

"Bloomberg" saytı "SpaceX"in növbəti nəhəng planı haqqında diqqət çəkən məqalə dərc edib.

"SpaceX" kosmik data mərkəzlərinin yaradılması üzrə genişmiqyaslı layihəni həyata keçirmək üçün Yerin orbitinə 1 milyona qədər peyk buraxmağı planlaşdırır. Şirkət bu planı reallaşdırmaq üçün aidiyyəti yerlərə müraciət edib.

ABŞ Federal Rabitə Komissiyasına təqdim edilən ərizəyə əsasən, yeni orbital şəbəkə süni intellektin inkişafı ilə bağlı məlumatları emal etmək və saxlamaq üçün nəzərdə tutulub. "SpaceX" belə hesab edir ki, layihə süni intellekt texnologiyalarının inkişafı ilə bağlı hesablama gücünə olan sürətlə artan tələbatı ödəmək üçün olduqca zəruridir.

Şirkət həmçinin bəyan edib ki, bu cür sistemlərin yaradılması "Kardaşev şkalası" (Sivilizasiyanın texnoloji inkişafını müəyyələnləşdirən şkala. Şkala enerji istifadə miqdarına əsaslanmış 3 kateqoriyaya bölünür-Red.) miqyasında ikinci səviyyəli sivilizasiyaya, yəni Günəşin bütün enerjisindən istifadə etmək qabiliyyətinə doğru bir addım olacaq.

Peyklərin təkrar istifadə edilə bilən "Starship" raketi vasitəsilə orbitə çıxarılması planlaşdırılır.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş