veten informasiya agentliyi

Azərbaycana İrandan idxal olunan məhsullar BAHALAŞDI

Tarix:13-01-2026, 10:30
Baxış Sayı:95

 Azərbaycana İrandan idxal olunan məhsullar BAHALAŞDI



İrandan idxal olunan məhsulların qiymətində artım müşahidə olunur.

Qonşu İranda baş verən son hadisələr və daxili qeyri-sabitlik Azərbaycanın istehlak bazarına təsirsiz ötüşmür. Artıq bir neçə gündür ki, paytaxt bazarlarında və topdansatış mərkəzlərində İran istehsalı məhsulların həm qıtlığı, həm də qiymət artımı müşahidə olunur.

Satıcılar bildirirlər ki, əgər bir neçə həftə öncə alıcılar bu məhsulları daha münasib qiymətə tapa bilirdilərsə, məhsul qıt olduğundan qiymətlər artıb.

Satıcılar bildirirlər ki, idxalın zəifləməsi ən çox gündəlik tələbat mallarına, xüsusən də yağ və düyü bazarına zərbə vurub. Ehtiyatlar tükəndikcə, qiymətlər də sürətlə artır. Məişət üçün kimyəvi və yuyucu vasitələr seqmentində də vəziyyət fərqli deyil.

Ekspertlər hesab edir ki, əgər tədarük bərpa olunmasa, bu qıtlıq digər idxal məhsullarının da süni şəkildə bahalaşmasına səbəb olar bilər. Alıcılar isə hələlik çarəni ya daha az almaqda, ya da yerli alternativlərə üz tutmaqda görürlər.

Hazırda bazardakı vəziyyət birbaşa sərhəddəki keçid qabiliyyətindən və İrandakı daxili sabitlikdən asılıdır. Qiymətlərin nə vaxt stabilləşəcəyi isə hələlik sual altındadır.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi