veten informasiya agentliyi

Yandırılaraq öldürülən ər-arvadın fotosu

Tarix:8-08-2026, 13:00
Baxış Sayı:31

Yandırılaraq öldürülən ər-arvadın fotosu


Avqustun 6-na keçən gecə Tərtərdə ər-arvadın evinə oğurluğa girən şəxsin mənzili yandırması və ahıl şəxslərin ölməsi barədə məlumat vermişdik.

İbtidai istintaqla Baxşəliyev Vüqar Mehman oğlunun fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmək məqsədilə evdə yanğın törədərək orada yaşayan Əsgər Səmədovla Adilə Hüseynovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında V.Baxşəliyevin əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədilə adam öldürmə) və 120.2.7-ci (iki şəxsi öldürmə) maddələri ilə tövsif edilib və o, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Dəhşətli hadisədə həyatını itirən 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və onun həyat yoldaşı 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının, eləcə də cinayətdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyevin fotosunu "Qafqazinfo"ya istinadla təqdim edirik.

Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb