veten informasiya agentliyi

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar

Tarix:7-08-2026, 12:48
Baxış Sayı:35

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar

Yer Günəşin qırmızı nəhəngə çevrilməsindən sonra da yaşayış üçün əlverişli qala bilər. Tədqiqatçılar bunun üçün Günəş sisteminin özündə nəhəng mühəndislik layihəsinin həyata keçirilməsini təklif edib.

Araşdırma "arXiv" elmi platformasında dərc olunub.

Müasir elmi hesablamalara görə, təxminən bir milyard ildən sonra Günəş qırmızı nəhəng mərhələsinə keçəcək. Bu zaman o qədər böyüyəcək və qızacaq ki, Yerin okeanları və atmosferi yox olacaq, planetin isə Günəş tərəfindən udulacağı ehtimal edilir.

Bunun qarşısını almaq üçün tədqiqatçılar Yeri şişmiş Günəşin radiasiyasından qoruyacaq nəhəng sipər (ekran) tikilməsini təklif edir. İşıq və istilik mənbəyi isə Yupiterin atmosferinin dərin qatlarında yerləşdiriləcək termonüvə reaktorları olacaq. Alınan enerjinin güclü lazerlər vasitəsilə Yerə ötürülməsi nəzərdə tutulur.

Layihəyə əsasən, Yer də tədricən daha uzaq orbitə köçürülməlidir ki, Günəş tərəfindən udulmasın. Bunun üçün hissəcik axınından istifadə edilən qravitasiya manevrləri təklif olunur.

Alim hesab edir ki, Yerin daxili soyuduqdan sonra geoloji fəallığı da qorunmalıdır. Bu məqsədlə planetin nüvəsinə kiçik həcmdə antimaddə çatdırılması və onun ayrılan istilik hesabına tektonik prosesləri davam etdirməsi ideyası irəli sürülüb.

Bundan əlavə, çox uzaq gələcəkdə Süd Yolu ilə Andromeda qalaktikalarının birləşməsi zamanı təhlükəli yaxınlaşmaların qarşısını almaq üçün bütün Günəş sisteminin mövqeyinin dəyişdirilməsi də mümkün variant kimi göstərilir.

Müəllifin fikrincə, bu yanaşma bəşəriyyətin başqa ulduz sistemlərinə köçürülməsi ilə müqayisədə minlərlə, hətta milyonlarla dəfə az enerji tələb edəcək və Yerdə həyatın təxminən 9,1 kvadrilyon il daha davam etməsinə imkan verə bilər.

Bununla belə, tədqiqatçı vurğulayır ki, söhbət hazırkı texnologiyalarla həyata keçirilə biləcək layihədən deyil, yalnız fiziki baxımdan mümkün ssenariləri araşdıran konseptual elmi işdən gedir.

Bu evlərə “kupça”a verilməyəcək
Bu evlərə “kupça”a verilməyəcək
Bu günün havası açıqlandı
Bu günün havası açıqlandı
Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
Prezident sərgi iştirakçılarına müraciət etdi
Prezident sərgi iştirakçılarına müraciət etdi
Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
“Anklavlar olmayacaq, yollar...” - Paşinyan Əliyevlə görüşdən sonra elan etdi
“Anklavlar olmayacaq, yollar...” - Paşinyan Əliyevlə görüşdən sonra elan etdi