![]()
ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət etdiyi barədə iddialarını təkzib edib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.
Bildirilib ki, boğaza nəzarət ABŞ-ın və regional tərəfdaşların əlindədir.
“ABŞ qüvvələri Körfəz ölkələrinə dünən Hörmüz boğazı vasitəsilə 19 milyon bareldən çox xam neftin daşınmasına kömək edib”, - deyə açıqlamada qeyd olunub.
CENTCOM, həmçinin İranın hərbi dəniz qüvvələri komandanının ABŞ gəmilərini batırmaqla bağlı təhdidinə cavab olaraq, “İranın donanma komandirinin artıq donanması yoxdur” ifadəsini işlədib.
Xatırladaq ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Əli Əzmaei ABŞ hərbi gəmilərinin Hörmüz boğazına yaxınlaşacağı təqdirdə batırılacağını bildirmişdi. O, həmçinin ABŞ-ın 13 milyard dollar dəyərində aviadaşıyıcısının boğazdan 700 kilometr uzaqlaşdığını iddia etmişdi.