veten informasiya agentliyi

Zəfərlə yenidən doğulan Azərbaycan

Tarix:6-11-2025, 16:39
Baxış Sayı:189

Zəfərlə yenidən doğulan Azərbaycan

Tarixdə elə günlər var ki, illər, əsrlər keçsə də, xalqın yaddaşından silinmir. 8 Noyabr Zəfər Günü belə günlərdəndir. Bu tarix Azərbaycanın güc, qürur və birliyin rəmzinə çevrilmiş müqəddəs gündür. 2020-ci ilin həmin payız günü Azərbaycan Ordusu qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazılan bir qələbə qazandı Şuşa azad edildi! Bu, sadəcə bir şəhərin azad olunması deyildi; bu, bütöv bir xalqın əzmini, haqq səsinin dünyaya çatdırılması idi.
Otuz il boyunca ürəyimizin dərinliyində daşıdığımız nisgil, həsrət, qürur və inam bu qələbə ilə birləşərək xalqımızı yeni bir mərhələyə daşıdı. 44 gün davam edən Vətən müharibəsi hər bir Azərbaycan vətəndaşının imtahanı idi kimisi ön cəbhədə, kimisi arxa cəbhədə, amma hamı eyni amal uğrunda Vətən uğrunda birləşmişdi. Bu birliyin gücü düşmənin illərlə qurduğu istehkamları bir an içində dağıtdı.
Şuşa döyüşü Azərbaycan əsgərinin iradəsinin, vətən sevgisinin və taktiki zəkasının ən parlaq nümunəsi idi. Qəhrəman oğullarımız qayalıqları dırmaşaraq, düşmənin hərbi üstünlüyünə baxmadan Şuşaya daxil oldular. Hər addım, hər döyüş bir dastana çevrildi. Məhz bu qəhrəmanlıq sayəsində noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev xalqımıza tarixi müjdəni verdi: “Şuşa azaddır! Qarabağ azaddır!” bu sözlər Azərbaycan xalqının illərlə gözlədiyi ən möhtəşəm xəbəri idi.
Zəfər Günü xalqımızın yenilməzliyini bütün dünyaya sübut etdi. Bu qələbə təsadüfi deyildi – illərlə formalaşan güclü ordu, xalq-ordu birliyi, dövlətin müdrik rəhbərliyi və ən əsası, şəhidlərimizin qanı ilə yazılmış bir tarixin nəticəsi idi. Hər bir şəhid bu zəfərin sütunlarından biridir. Onların igidliyi sayəsində bu torpaqlar azad oldu, bu qələbə gerçəkliyə çevrildi.
Zəfər Günü həm də milli ruhun, vətən sevgisinin yenidən oyanışıdır. Bu gün gənclərimiz Vətən uğrunda canından keçən qəhrəmanların yolunu davam etdirmək, onların xatirəsini yaşatmaq üçün çalışır. Məktəblərdə, universitetlərdə, orduda vətənpərvərlik ruhu daha da güclənir. Hər bir bayraq sancılan dağ başında, hər bir tikilən evdə, hər bir yenidən canlanan kənddə bu Zəfərin nəfəsi duyulur.
8 Noyabr bu gün təkcə qələbə bayramı deyil, həm də milli məsuliyyət günüdür. Qalib xalq olmaq təkcə fəxr deyil, həm də vəzifədir. Biz bu torpaqları şəhid qanı ilə azad etmişik və onları qorumaq, abadlaşdırmaq, gələcək nəsillərə daha gözəl şəkildə ötürmək bizim borcumuzdur. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri məhz bu ruhun davamıdır həyatın, ümidin, azadlığın simvoludur.
Şuşa yenidən dirçəlir. Cıdır düzündə Azərbaycan bayrağı dalğalanır, “Qarabağ” musiqisi səslənir, Vaqifin məqbərəsi önündə yenə şeirlər oxunur. Bütün bunlar Zəfərin bəhrəsidir illərlə gözlənilən ədalətin bərpasıdır.
Zəfər Günü hər bir azərbaycanlının qəlbində sonsuz qürur və minnətdarlıq hissi doğurur. Qoy bu gün bizə həmişə güc, birlik və vətən sevgisi bəxş etsin. Qoy şəhidlərimizin ruhu daim şad olsun, qazilərimizə uzun ömür, xalqımıza sülh və rifah nəsib etsin.

Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi