veten informasiya agentliyi

Alimlər ilk dəfə laboratoriyada kosmosdakı sirli od kürələrini yaratdılar

Tarix:5-11-2025, 10:28
Baxış Sayı:94

 Alimlər ilk dəfə laboratoriyada kosmosdakı sirli od kürələrini yaratdılar

Beynəlxalq fiziklərdən ibarət komanda ilk dəfə olaraq laboratoriyada plazma od kürələri yaradıb ki, aktiv qalaktikalar - blazarlar tərəfindən atılan hissəcik şırnaqlarının necə hərəkət etdiyini araşdırsınlar. Təcrübələr Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) "Super Proton Synchrotron" sürətləndiricisində aparılıb.

Məqalə "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc edilib.

Blazarlar - ifrat kütləli qara dəlikləri olan qalaktikalardır ki, demək olar işıq sürətinə yaxın sürətlə dar hissəcik və şüalanma axınları buraxırlar. Bu şırnaqlar bir neçə teraelektronvolt enerjiyə malik qamma-şüalanma yaradırlar, lakin müşahidələr gözlənilən fotonların bir hissəsinin sirli şəkildə yoxa çıxdığını göstərir.

Fərziyyələrdən birinə əsasən, elektronlar və pozitronlardan ibarət hissəcik axını, qalaktikalararası plazma ilə toqquşduqda qeyri-sabit olur və enerji itirir. Bunu yoxlamaq üçün tədqiqatçılar CERN-də "HiRadMat" qurğusu vasitəsilə belə bir şüanın analoqunu yaradıb, onu plazmanın bir metrlik hissəsindən keçirdib və onun maddə ilə necə qarşılıqlı təsirdə olduğunu müşahidə ediblər.

Nəticələr gözlənilməz olub: şüa sabit qalıb və demək olar ki, öz maqnit sahələrini yaratmayıb. Bu o deməkdir ki, plazma qeyri-sabitliyi qamma-şüalarının yoxa çıxmasını izah edə bilməz. Əksinə, məlumatlar qalaktikalararası fəzanı dolduran zəif maqnit sahəsinin mövcudluğuna işarə edir.

"Bizim təcrübəmiz laboratoriya qurğularının astrofiziklərin müşahidələrini fundamental fizika ilə necə əlaqələndirməyə kömək etdiyini göstərir. Belə araşdırmalar bizi maqnit sahələrinin mənşəyini və kosmik şırnaqların təkamülünü anlamağa yaxınlaşdırır", - deyə layihənin rəhbəri, Oksford Universitetinin professoru Canluka Qreqori izah edib.

Tədqiqatın həmmüəllifi, Mərkəzi Lazer Laboratoriyasından professor Bob Binqem qeyd edib ki, nəticələr laboratoriya astrofizikasının potensialını təsdiqləyir - bu istiqamət Yerdə ekstremal kosmik şəraiti yaratmağa imkan verir.

Alimlər ümid edirlər ki, yeni "Cherenkov Telescope Array" rəsədxanası ilə gələcək müşahidələr erkən Kainatda ilk maqnit sahələrinin necə yarandığı sualına cavabı yoxlamağa və yaxınlaşdırmağa kömək edəcək.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu