veten informasiya agentliyi

"Telegram"da qazanmaq üçün yeni FUNKSİYA

Tarix:5-11-2025, 10:27
Baxış Sayı:86

 "Telegram"da qazanmaq üçün yeni FUNKSİYA

Populyar "Telegram" mesencerinin beta versiyasında yeni funksiyanın - hədiyyələrin satışı və alışı üçün hərrac funksiyasının tətbiqi əlamətləri aşkar edilib.

Bu barədə məlumat "Kod Durova" "Telegram kanalında yayılıb.

İlkin məlumata görə, istifadəçilərin bir-birinə göndərə biləcəkləri hədiyyələr artıq hərrac formatında həyata keçiriləcək. Bildirilir ki, onlar əlli ədəddən ibarət lotlar şəklində satışa çıxarılacaq. İştirakçılar platformanın daxili valyutası olan "Ulduzlar"/"Stars"la mərc edə biləcəklər.

Hərrac mexanizminə görə, mərc miqdarına görə "Top-50"də yer alan istifadəçilər müvafiq hədiyyə partiyasını alacaqlar. Digər iştirakçıların mərcləri növbəti raunda köçürüləcək və orada növbəti partiya uğrunda yarış gedəcək. Bu proses mövcud hədiyyələr paylanana qədər davam edəcək.

Sistem vəsaitin qaytarılmasına tam zəmanət verir. Belə ki, əgər istifadəçi bütün raundlar ərzində 50 qalib sırasında yer almırsa, hədiyyədən məhrum olursa, onda mərc üçün xərclədiyi bütün "Ulduzlar" ona qaytarılır.

Xatırladaq ki, əsası 2013-cü ildə Pavel və Nikolay Durovlar tərəfindən qoyulmuş "Telegram" dünyanın müxtəlif növ məlumatları və media faylları mübadilə edən aparıcı krosplatforma mesencerlərindən bidirir.

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi