veten informasiya agentliyi

1 NOYABR – KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Tarix:31-10-2025, 22:10
Baxış Sayı:138

1 NOYABR – KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB


1 Noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı münasibətilə bir sıra tədbirlər keçirilib.

Əvvəlcə institutun direktoru İbrahim Cəfərov və kollektiv üzvləri Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun direktoru, professor İbrahim Cəfərov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, kənd təsərrüfatı sahəsində çalışan əməkdaşların fədakar əməyini yüksək qiymətləndirərək qeyd edib ki,
Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahə ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət başçısının kənd təsərrüfatına göstərdiyi xüsusi diqqət və qayğı, həyata keçirilən islahatlar və innovativ təşəbbüslər bu sahənin davamlı inkişafını təmin edir.

İbrahim Cəfərov çıxışında həmçinin institutun elmi nailiyyətlərindən, aqrar sektorun rəqabət qabiliyyətinin artırılması və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərdən danışıb.

Daha sonra çıxış edənlər kənd təsərrüfatının inkişafında əldə olunan nailiyyətlər, qarşıda duran hədəflər və yeni layihələr barədə fikirlərini bölüşüblər. Tədbir iştirakçıları kənd təsərrüfatı işçilərinə uğurlar, bol məhsuldarlıq və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıblar.

1 NOYABR – KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
1 NOYABR – KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
1 NOYABR – KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
1 NOYABR – KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
1 NOYABR – KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
1 NOYABR – KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi