veten informasiya agentliyi

Azərbaycanın güc və birlik rəmzi – Zəfər Günü

Tarix:31-10-2025, 17:27
Baxış Sayı:298

Azərbaycanın güc və birlik rəmzi – Zəfər Günü

Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr Zəfər Günü, xalqımızın qəhrəmanlığının, birliyinin və sarsılmaz iradəsinin təntənəsidir. Bu gün, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid oğullarımızın, qəhrəman şəhidlərimizin qanı ilə yazılmış şərəf və qürur günüdür. Bu zəfər xalqımızın yüzillərlə davam edən azadlıq arzusunun reallaşması, milli birliyimizin və dövlətimizin gücünün parlaq təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başladığı Vətən müharibəsində tarixi ədaləti bərpa edərək, torpaqlarımızı düşmən tapdağından azad etmişdir. 44 gün davam edən bu şanlı mübarizədə ordumuz həm hərbi, həm mənəvi, həm də strateji baxımdan möhtəşəm zəfərlər qazanmışdır. Rəşadətli əsgərlərimizin və qəhrəman zabitlərimizin igidliyi sayəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və yüzlərlə kənd işğaldan azad olunmuşdur. Xalqımızın illərlə içində daşıdığı nisgil və həsrət, qürura və sevincə çevrilmişdir.
Bu möhtəşəm yürüşün zirvəsi isə 8 Noyabr 2020-ci il Şuşa şəhərinin azad edilməsi olmuşdur. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa, 28 illik həsrətdən sonra yenidən öz sahiblərinə qovuşdu. Şuşada dalğalanan üçrəngli bayrağımız xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin və milli ruhumuzun rəmzinə çevrildi. Bu, təkcə hərbi əməliyyat deyildi bu, millətin ruhunun dirçəlişi, xalqımızın azadlıq eşqinin təntənəsi idi.
8 Noyabr Zəfəri Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Şəhidlərimizin müqəddəs qanı ilə yazılan bu qələbə, dövlətimizin beynəlxalq nüfuzunu yüksəltdi, milli birliyimizi daha da möhkəmləndirdi, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi. Ermənistanın kapitulyasiyası ilə nəticələnən bu müharibə, Azərbaycanın qalib, güclü və ədalətli dövlət olduğunu bir daha sübut etdi.
Bu zəfərlə Azərbaycan tarixində yeni dövr qalib xalq dövrü başlandı. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 Noyabr Zəfər Günü hər il təntənə ilə qeyd olunur. Həmçinin, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərarı, xalqımızın qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq və bu qələbənin əzəmətini əbədi yaşatmaq məqsədi daşıyır. Bu təşəbbüslər həm də tariximizə və şəhidlərimizin müqəddəs xatirəsinə olan sədaqətin göstəricisidir.
Bu gün biz Zəfər Gününü sonsuz qürur və minnətdarlıqla qeyd edirik. Hər bir azərbaycanlının qəlbində bu qələbənin alovu yanır. Biz qalib xalqın övladlarıyıq bu torpaqlarda ucalan üçrəngli bayrağımız bizim qürur mənbəyimiz, birliyimizin və müstəqilliyimizin simvoludur. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin fədakarlığı ilə fəxr edir və bu müqəddəs torpaqları daim qorumağa and içirik. Çünki bu zəfər təkcə bir ordunun deyil, bütün Azərbaycan xalqının, hər bir vətəndaşın zəfəridir!

Məmmədova Əfsun.
YAP Ağcabədi rayon təşkilatının gənc fəalı.

Bu ölkədə vətəndaşlıq almaq daha da çətinləşəcək
Bu ölkədə vətəndaşlıq almaq daha da çətinləşəcək
Sürücülər bu mahnılara qulaq asmasın!
Sürücülər bu mahnılara qulaq asmasın!
Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
Balakəndə 21 kiloqramdan artıq narkotik aşkarlandı
Balakəndə 21 kiloqramdan artıq narkotik aşkarlandı
Hacıqabulda ağır qəza: 2 nəfər öldü
Hacıqabulda ağır qəza: 2 nəfər öldü
Bakıdakı yağış aylıq normanın 133%-ni təşkil edir
Bakıdakı yağış aylıq normanın 133%-ni təşkil edir
Küləkli havada 4 nəfər xəsarət alıb
Küləkli havada 4 nəfər xəsarət alıb
Bir gündə 44 cinayətin üstü açıldı, 156 axtarışda olan şəxs saxlanıldı
Bir gündə 44 cinayətin üstü açıldı, 156 axtarışda olan şəxs saxlanıldı