veten informasiya agentliyi

İsmayıllıda “Müstəqilliyimiz əbədidir” adlı aksiya keçirildi - FOTOLAR

Tarix:30-10-2025, 13:53
Baxış Sayı:102

İsmayıllıda “Müstəqilliyimiz əbədidir” adlı aksiya keçirildi - FOTOLAR


Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə elan olunan “2025-ci il – Konstitusiya və Suverenlik İli” çərçivəsində İsmayıllı rayonunda silsilə tədbirlər davam edir.

Sfera.az xəbər verir ki, bu dəfə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı nümayəndəliyi və İsmayıllı rayon Uşaq Səfirləri Məclisinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir” adlı aksiya və görüş keçirilib.


Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların xatirəsini yad ediblər. Daha sonra İsmayıllı şəhərində, 1975-ci ildə 2-ci Dünya müharibəsinin başa çatmasının 30 illiyi münasibətilə inşa edilmiş Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi önündə ağacəkmə aksiyası təşkil olunub.


Aksiya zamanı gənclər təbiətə qayğı və ətraf mühitin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıblar.

Tədbirin davamında İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında Uşaq Səfirləri Məclisinin üzvləri ilə görüş keçirilib. Görüşdə RİH əməkdaşı Nəsimi Teymurov iştirak edib və gənclərlə səmimi fikir mübadiləsi aparıb. Məclisə yeni üzvlər qəbul olunub, şagirdlər “Konstitusiya və Suverenlik İli” ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barədə təqdimatlar nümayiş etdiriblər.


Görüş zamanı görülən işlər müzakirə olunub, gələcək planlar və yeni layihə ideyaları ətrafında fikir mübadiləsi aparılıb.


Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub və möhkəmləndirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə isə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub, Azərbaycan qalib dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Tədbirin əsas məqsədi gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının və milli dəyərlərə bağlılığının artırılması olub.

Niyaz Hacıyev

Sfera.az

İsmayıllıda “Müstəqilliyimiz əbədidir” adlı aksiya keçirildi - FOTOLAR
İsmayıllıda “Müstəqilliyimiz əbədidir” adlı aksiya keçirildi - FOTOLAR
İsmayıllıda “Müstəqilliyimiz əbədidir” adlı aksiya keçirildi - FOTOLAR
İsmayıllıda “Müstəqilliyimiz əbədidir” adlı aksiya keçirildi - FOTOLAR
İsmayıllıda “Müstəqilliyimiz əbədidir” adlı aksiya keçirildi - FOTOLAR
İsmayıllıda “Müstəqilliyimiz əbədidir” adlı aksiya keçirildi - FOTOLAR
İsmayıllıda “Müstəqilliyimiz əbədidir” adlı aksiya keçirildi - FOTOLAR

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi