veten informasiya agentliyi

Azərbaycanda bu dövlət universiteti bağlanır? - Yoxlama başladı

Tarix:29-10-2025, 10:19
Baxış Sayı:119

Azərbaycanda bu dövlət universiteti bağlanır? - Yoxlama başladı

Son günlər Gəncə Dövlət Universitetinin bağlanacağı barədə məlumatlar yayılıb. İddialara görə, universitet müəyyən yoxlamalardan keçmədiyi üçün fəaliyyətini dayandıracaq. Bu xəbər tələbələr və valideynlər arasında narahatlıq yaradıb.

Maraqlıdır, bu məlumat nə dərəcədə doğrudur? Universitetin bağlanması və ya birləşdirilməsi ilə bağlı hər hansı rəsmi qərar varmı?

Məsələ ilə bağlı universitetin mətbuat katibi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Təhsil eksperti Kamran Əsədov isə açıqlamasında bildirdi ki, sözügedən universitetin akreditasiyadan keçməsi ilə bağlı müəyyən problemi var:

“Azərbaycanda dövlət universitetinin bağlanması təcrübəsi var. Buna misal olaraq Müəllimlər Universitetini göstərə bilərik. Ancaq Gəncə Dövlət Universiteti tarixi universitetdir, kökü var, yaxşı kadr potensialı mövcuddur. Düzdür, zaman-zaman tələbələr arasında şikayətlər olur”.

Ekspert qeyd etdi ki, bölgələrdə universitetlərə ehtiyac var:

“Hazırda Gəncədə üç universitet - Gəncə Texniki Universiteti (GTU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Gəncə Dövlət Universiteti (GDU) fəaliyyət göstərir. Bundan əlavə, iki kollec də mövcuddur. Amma Gəncə Dövlət Universitetinin bağlanması müzakirə predmetinə çevrilə bilməz. Çünki kifayət qədər tələbə sayı və kadr potensialı var, köklü universitetdir.

Bildiyimə görə, ADA Universiteti də Gəncədə filial açır və gələn il fəaliyyətə başlayacağı gözlənilir. Ola bilər ki, həmin universitet GDU-nun hansısa tədris qolunu və ya korpusunu götürsün. Və yaxud da universitetin hansısa korpusu bağlana bilər. Amma birmənalı şəkildə GDU-nun bağlanması gündəmdə deyil. Əlbəttə, təkmilləşməyə və islahatlara ehtiyac var, amma bağlanmağa yox”.

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi