veten informasiya agentliyi

DİN sürücü müraciət etdi

Tarix:27-10-2025, 10:18
Baxış Sayı:82

 DİN sürücü müraciət etdi

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücü və piyadalara müraciət edib.




Nazirlikdən verilən xəbərə görə, nəqliyyat vasitəsini yüksək sürətlə sürmək, təhlükəli maverlər etmək, ara məsafəsini düzgün saxlamamaq, piyada keçidlərini bildirən nişanlara diqqət yetirməmək qəzalara səbəb olur.




"Piyadalar da yaxşı bilir ki, nizamlayıcının siqnallarına diqqət yetirməmək, keçidlərdən istifadə etməmək, sürücülərin onlara yol verdiyinə tam əmin olmadan yolu keçmək təhlükəlidir.
Təəssüflər olsun ki, çoxları qaydalardan xəbərdar olmalarına baxmayaraq, yenə də ölüm və xəsarətlə nəticələnən qəzalar baş verir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının əhatə dairəsində piyada vurulması ilə nəticələnən qəzaların təhlili göstərir ki, bu yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasında diqqətsizlik və məsuliyyətsizlik dayanır. Qəzalar daha çox piyada keçidlərinin bir neçə metrliyində, lakin keçidlərdən kənarda qeydə alınır. Vəziyyətin ciddiliyini nəzərə alaraq bir daha yol hərəkəti iştirakçılarına müraciət edirik:




Həyat və sağlamlığınız üçün vacib olan təsadüf və ya qismət yox, yollarda diqqət və məsuliyyətdir. Həm piyadalar, həm də sürücülər yollarda son dərəcə diqqətli və məsuliyyətli olmalıdırlar".


[i][/i]

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi