veten informasiya agentliyi

K.A. TİMİRYAZEV ADINA RUSİYA DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ BMTBETİ ARASINDA SEMİNAR KEÇİRİLİB.

Tarix:24-10-2025, 17:29
Baxış Sayı:129

K.A. TİMİRYAZEV ADINA RUSİYA DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ BMTBETİ ARASINDA SEMİNAR KEÇİRİLİB.


K.A. Timiryazev adına Rusiya Dövlət Aqrar Universiteti ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) arasında elmi əməkdaşlıq çərçivəsində “Meyvə və dekorativ bitkilərin zərərverici orqanizmlərdən qorunması sahəsində təcrübə və inkişaf perspektivləri” mövzusunda birgə seminar keçirilib.

Seminarın əsas məqsədi meyvə və dekorativ bitkilərdə zərərverici orqanizmlərə qarşı mübarizənin müasir üsullarını nəzərdən keçirmək, bu sahədə beynəlxalq təcrübəni paylaşmaq və elmi əməkdaşlıq əlaqələrini daha da gücləndirmək olub.

Tədbirdə hər iki qurumun mütəxəssisləri, gənc tədqiqatçıları və tələbələri iştirak ediblər. Seminar zamanı bitki mühafizəsində bioloji və innovativ yanaşmalar, pestisidlərin səmərəli tətbiqi, entomofaunanın monitorinqi və inteqrir mübarizə sistemlərinin təkmilləşdirilməsi kimi aktual məsələlər müzakirə olunub.

Seminar çərçivəsində BMTBETİ-nin direktoru, professor İbrahim Cəfərov “Azərbaycanda bitkilərin zərərli orqanizmlərdən mühafizəsində aktual məsələlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı ölkəmizdə bitki mühafizəsi sisteminin mövcud vəziyyəti, müasir mübarizə üsulları, bioloji və innovativ yanaşmalar, həmçinin bu sahədə beynəlxalq təcrübənin tətbiqi imkanları barədə geniş məlumat təqdim olunub.

Tərəflər gələcəkdə birgə elmi layihələrin icrası, ortaq elmi nəşrlərin hazırlanması və elmi mübadilənin genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Seminar elmi fikir mübadiləsi, təcrübə paylaşımı və qarşılıqlı əməkdaşlıq baxımından səmərəli keçib.

K.A. TİMİRYAZEV ADINA RUSİYA DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ BMTBETİ ARASINDA SEMİNAR KEÇİRİLİB.
K.A. TİMİRYAZEV ADINA RUSİYA DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ BMTBETİ ARASINDA SEMİNAR KEÇİRİLİB.
K.A. TİMİRYAZEV ADINA RUSİYA DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ BMTBETİ ARASINDA SEMİNAR KEÇİRİLİB.
K.A. TİMİRYAZEV ADINA RUSİYA DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ BMTBETİ ARASINDA SEMİNAR KEÇİRİLİB.

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi