veten informasiya agentliyi

Suriyanın yenidən qurulmasına nə qədər vəsait lazımdır? - Fantastik rəqəm

Tarix:22-10-2025, 10:56
Baxış Sayı:115

 Suriyanın yenidən qurulmasına nə qədər vəsait lazımdır? - Fantastik rəqəm

Dünya Bankı illərlə davam edən vətəndaş müharibəsindən sonra Suriyanın tam şəkildə yenidən qurulmasının dəyərini 216 milyard dollar qiymətləndirir.

Bu barədə "abc news" Dünya Bankının hesabatına istinadən məlumat yayıb.

Sənəd 2011-ci ildən 2024-cü ilə qədər toplanmış məlumatlara əsaslanır.

Qeyd edilir ki, münaqişə Suriyanın müharibədən əvvəlki kapitalının təxminən üçdə birinə ziyan vurub, infrastruktura, yaşayış və qeyri-yaşayış binalarına birbaşa fiziki ziyan 108 milyard dollar dəyərində qiymətləndirilir.

Ən çox zərər çəkmiş sektor isə ümumi zərərin 48 faizini təşkil edən və 52 milyard dollara bərabər olan infrastruktur olub.

İtirilmiş və zədələnmiş aktivlərin ümumi dəyərinin 140 milyard dollardan 345 milyard dollara qədər olduğu təxmin edilir və 216 milyard dollar "ən konservativ qiymətləndirmə" kimi təsvir edilir.

Ən böyük zərər Hələb vilayətinə və Dəməşqin ətrafındakı kəndlərə, münaqişənin ilk illərində ən şiddətli döyüşlərin getdiyi bölgələrə dəyib.

Dünya Bankının məlumatına görə, təxmini yenidənqurma xərcləri Suriyanın 2024-cü ildəki ÜDM-dən on dəfə çoxdur.

DİM I və IV qruplara qəbul imtahanı keçirir
DİM I və IV qruplara qəbul imtahanı keçirir
Zaqatalada qəza: İki nəfər yaralandı
Zaqatalada qəza: İki nəfər yaralandı
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Tovuz döyüşlərindən 6 il ötür
Tovuz döyüşlərindən 6 il ötür
Qətər raket hücumunu dəf etdi
Qətər raket hücumunu dəf etdi
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?