veten informasiya agentliyi

İnsult zamanı ilk yardım qaydaları açıqlanıb

Tarix:20-10-2025, 09:59
Baxış Sayı:98

 İnsult zamanı ilk yardım qaydaları açıqlanıb

"Ətrafdakıların köməyi insult keçirən insanın həyatını xilas edə və onun sonrakı reabilitasiyasını asanlaşdıra bilər".

Bunu Rusiyanın "Meditsina" klinikasının nevroloqu Qalina Çudinskaya Lenta.ru saytına bildirib.

Çudinskayanın sözlərinə görə, "İnsultu üz, nitq, əl ilə tanı" metodikası insultu tanımağa kömək edir:

"Əgər insan rahat gülümsəyə bilmirsə, əgər hər iki əlini qaldırmağa cəhd edərkən bir əli aşağı düşürsə və ya nitqi anlaşılmaz olursa, dərhal hərəkət etmək lazımdır".

Həkim bu əlamətlərdən heç olmasa birinin müşahidə olunacağı təqdirdə dərhal təcili yardım çağırmağı və əlamətlərin dəqiq başlama vaxtını mütləq yadda saxlamağı tövsiyə edib. Bu, həkimlərə düzgün terapiya seçməyə kömək edəcək, çünki tromboliz yalnız ilk 4.5 saat ərzində effektivdir.

O vurğulayıb ki, təcili yardım gəlməmişdən əvvəl insan təhlükəsiz vəziyyətdə uzadılmalıdır: "Əgər o, ayıq vəziyyətdədirsə, başı qaldırılmış vəziyyətdə arxası üstə, əgər deyilsə, qusma zamanı boğulmaması üçün böyrü üstə uzadılmalıdır. Həmçinin, yaxası açılmalı, hava axını təmin edilməli, nəfəs alması və nəbzi daim nəzarətdə saxlanılmalıdır".

İnslult şübhəsi olan insana heç bir halda su, yemək və ya dərman, spirtli içkilər, qəhvə və enerji içkiləri verilməməlidir, çünki bu, vəziyyəti pisləşdirə bilər. Çudinskaya əlavə edib ki, iflic olunmuş ətraf orqanları masaj etmək və ya ovuşdurmaq olmaz. Onun sözlərinə görə, bu, qan axınını yaxşılaşdırmır, əksinə travmaya səbəb ola bilər.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı