veten informasiya agentliyi

BMTBETi-DƏ AMEA-NIN 80 İLLİK YUBİLEY QEYD OLUNUB

Tarix:17-10-2025, 16:56
Baxış Sayı:116

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 80 illik yubileyi münasibətilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Milli Elmlər Akademiyası: 80 il elmin xidmətində” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov, Texnologiya Universitetinin professoru Əhəd Nəbiyev, Azərbaycan Dövlət Aqrar Universitetinin tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Sevda Abdullayeva, eləcə də digər alimlər və gənc tədqiqatçılar iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan professor İbrahim Cəfərov “AMEA-nın tarixinə bir nəzər” mövzusunda çıxış edərək Akademiyanın yaranma tarixi, ölkənin elmi həyatında tutduğu əhəmiyyətli mövqe, əldə etdiyi nailiyyətlər və gələcək inkişaf perspektivləri barədə məlumat verib. O, həmçinin AMEA rəhbərliyinin — prezident akademik İsa Həbibbəyli və vitse-prezident akademik İradə Hüseynovanın instituta səfərinin elmi fəaliyyətə göstərilən yüksək diqqətin bariz nümunəsi olduğunu qeyd edib.
AMEA-nın həqiqi üzvü, akademik Fuad Əliyev “AMEA Gəncə Bölməsinin tarixi: formalaşma yolu” mövzusunda çıxış edərək bölmənin yaradılma məqsədləri, elmi istiqamətləri və regional elmin inkişafına verdiyi töhfələrdən danışıb. O, gələcək fəaliyyət prioritetləri, elmi əməkdaşlıq imkanları və gənc tədqiqatçıların elmə inteqrasiyası istiqamətində görülən işləri diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov “Elmi kadrların yetişdirilməsində AMEA-nın rolu” mövzusunda çıxış edərək Akademiyanın elmi məktəblərinin formalaşması, kadr hazırlığı prosesləri və təcrübə mübadiləsi imkanları barədə iştirakçılara məlumat verib.
Digər çıxışlarda AMEA-nın regional elmin inkişafındakı rolu, ali təhsil müəssisələri ilə elmi əməkdaşlıq, təhsil sistemində elmin mövqeyi və gənc alimlərin elmi fəaliyyətə cəlb olunması məsələləri müzakirə olunub.
Tədbirdə aparılan fikir mübadiləsi və elmi müzakirələr elmi əməkdaşlığın genişləndirilməsi və Azərbaycan elminin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı